Elçin Cəlilov və dostları uzun müddətdir ki, Azərbaycanda əlilliyi olan insanlar üçün yolların, keçid və pandusların monitorinqini aparırlar. Onunla əlilliyi olan şəxslərin qarşılaşdığı yol-nəqliyyat problemləri, ayrı-seçkilik, qonşu dövlətlərin bu mövzuda təcrübəsi haqqında danışdıq.
Azərbaycanda əlilliyi olan vətəndaşlar ictimai nəqliyyatdan istifadə edə bilirmi? Yaşayış binaları və biznes məkanları tikiləndə əlilliyi olan şəxslər nəzərə alınırmı? Ümumiyyətlə, əlilliyi olanların kənar dəstək olmadan hərəkəti mümkündürmü? Videomuzda bu suallara cavab axtarırıq.
Həyat yoldaşını 7 il əvvəl itirən Səbinə Kazımova balaca qızını böyütmək üçün istixanada çalışır. Kirayə xərclərini çatdıra bilməyən tənha ana özü də imkansızlıqdan təhsil ala bilməyib.
2005-2010-cu illərdə millət vəkili olan Nazim Bəydəmirli Gədəbəydə Qızıl Emalı Zavodu yeni açılanda potensial ekoloji problemlər haqda narahatlıqlarını ifadə edib. Onunla Söyüdlü kəndinin sakinlərinin etirazları haqda söhbət etdik.
Gədəbəyin Söyüdlü kənd sakinləri deyir ki, daha çox ağciyər, qaraciyər problemlərindən və ürək çatışmazlığından əziyyət çəkirlər. Sakinlər iddia edir ki, ağciyər xərçəngindən ölənlərin sayı artıb. Gədəbəyin keçmiş deputatı Nazim Bəydəmirli zəhərli sianid turşusunun əsaslı qorxu yaratdığını düşünür.
Bu həftə gündəm olan Gədəbəy rayonu Söyüdlü kəndi sakinləri üçün qızıl emalı zamanı yaranan kimyəvi tullantılar yeganə narahatlıq mövzusu deyil. Bu kənddə də Azərbaycanın bir çox kəndlərində olduğu kimi sosial və iqtisadi problemlər az deyil.
Psixoloq Könül Qocayeva hesab edir ki, işlənməmiş travmalar uşaq dünyaya gələndən sonra özünü daha çox göstərir. 11 yaşlı övladını terapiyaya gətirən Humay Nağıyeva isə çevrəsindəki valideynlərin uşaqlarını psixoloqa aparmadıqlarından təəssüflənir.
Son bir neçə ildir ki, Azərbaycanda ciddi su çatışmazlığı müşahidə edilir. Ekspertlər problemin həllini beynəlxalq standartların tətbiqində görür. Eyni zamanda onlar hesab edir ki, içməli suyun fasilələrlə verilməsi çıxış yolu deyil.
Mütəxəssislər düşünür ki, yenidənqurma layihələrinə urbanistlər və sosioloqlar da cəlb edilməlidir. Onların fikrincə, Azərbaycandakı yaxşı bərpa nümunələrinin böyük bir hissəsi xarici şirkətlər tərəfindən edilib.
Yasəmən Quliyeva ərazilər üzrə heyvan sığınacaqlarının yaradılmasını istəyir. 19 ildir ki, sahibsiz heyvanlara qayğı göstərən Hicran Qarayeva sığınacaq açmaq istədiyi vaxtda qarşılaşdığı problemlərdən danışır. Veterinar Rəşad İsmayılov deyir ki, dövlət heyvan haqları sahəsində işlər görməlidir.
Bir köynəyin istehsalı üçün 2700 litr su sərf olunur. Təbiətə daha az zərər vermək üçün bloger Turan Qarayeva dayanıqlı və ağıllı alış-verişin önəmindən danışır. Hüquqşünas Kənan Qayıbov da hesab edir ki, minimalizmin təbliğ edilməsi ətraf-mühitdə olan təsirləri azaldır.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakıda tıxacların əsas səbəbini ictimai nəqliyyatda çeşidlik olmamasında görür. O bildirir ki, tramvay, trolleybus, geniş dəmiryolu şəbəkəsinin aradan qaldırılması insanları zamanla şəxsi avtomobilə və taksi xidmətinə yönəldib.
Azərbaycan uşaqların məktəbə cəlb olunması göstəricisinə görə dünyada aparıcı yerlərdən birini tutur. Amma buna baxmayaraq, regionlarda müşahidə edilən uşaq evliliyi halları, yoxsulluq və konservativ dəyərlər bəzən qızların məktəbi erkən yaşlarında tərk etməsi ilə nəticələnir.
Biologiya müəllimi Elxan Tahirovun ötən ay paylaşdığı video sosial şəbəkələrdə müzakirəyə səbəb oldu. Həftəsonu oğlu Akifi kinoteatra aparan ata azərbaycanca uşaq filmi tapmayıb. Akif isə rusca başa düşmədiyinə görə istədiyi filmə baxa bilməyib, məyusluğundan ağlamağa başlayıb.
Daha çox yüklə