Accessibility links

Söyüdlü sakini: Pul tapıb həkimə getsək, hamımızda xəstəlik çıxar


Söyüdlü sakini: Pul tapıb həkimə getsək, hamımızda xəstəlik çıxar
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Söyüdlü kənd sakinləri deyir ki, daha çox ağciyər, qaraciyər problemlərindən və ürək çatışmazlığından əziyyət çəkirlər. Bununla yanaşı, onlar tez-tez özlərində ümumi halsızlıq müşahidə edirlər. Sakinlər iddia edir ki, xəstəliklərin səbəbi kənddə yaradılan göldəki sianid turşusudur.

“Bəlkə, həkimə gedə bilsək. Allaha and olsun, ona gücümüz çatmır, həkimə də gedə bilmirik. Öz canım üçün. Hamımız tutulmuşuq, bəlkə də. Yoxlanılsaq, Allaha and olsun, pulumuz olsa, həkimə gedə bilsək, bəlkə də, ucdantutma hamı xərçəng xəstəsidir, astmadır, o mikrob ki keçir. Asqırmaqdan, öskürməkdən qırılırıq, Qurana and olsun” - deyə, kənd sakini Gülsarə Alıyeva bildirir.

Söyüdlü kənd sakini Gülnarə Mustafayevanın sözlərinə görə, yazın əvvəlindən indiyə qədər 20-yə yaxın kəndli ağciyər xərçəngindən vəfat edib:

“Araşdırın, bir dənə quş onun üstündə hərlənən kimi o dəqiqə gölə düşür. Ölənlərin hamısı da ağciyər xəstəliyindən ölür, şəxsən mənim atam ağciyərindən vəfat edib. Bu dəqiqə hazırda mən özüm xəstəyəm. Ürək qüsurluyam. Araşdırıla bilər, 3-4 gündən bir təcili yardım gəlir. Mən bu zəhəri… Malımızın qabağına gedəndə zəhərli gölün iyindən ağzımızda dilimiz bürşüyür”.

2009-cu ildə Gədəbəydə Qızıl Emalı Zavodu fəaliyyətə başlayıb. 11 il əvvəl zavodun tullantıları üçün süni göl yaradılıb.

“O statistikanı araşdırmaq lazımdır, niyə Gədəbəydə xəstəliklər çoxalıb? Niyə Gədəbəydə ölüm halları çoxalıb. Həmin kənddə deyək ki, sakinlərin verdiyi məlumata görə də”.

2005-2010-cu illərdə millət vəkili olan Nazim Bəydəmirli zavod yeni açılanda bu məsələni qaldırıb:

“Görünən odur ki, Ekologiya Nazirliyinin rəsmi şəxsləri burada hər hansı monitorinq aparanda göz yumublar və şirkətin nəyinsə qarşılığında ola bilər və yaxud hörmətin qarşılığında. Onu deyə bilmərəm. Bizim əlimizdə olan fakt ondan ibarətdir ki, vətəndaşın illərlə etdiyi şikayətlər bir nəticə verməyib”.

Metallurgiya sahəsinə yaxından bələd olan keçmiş millət vəkili zəhərli sianid turşusunun əsaslı qorxu yaratdığını düşünür:

“Sianid turşusu o qaya parçalarını belə əridir, onun tərkibində olan metal, qızıldır, gümüşdür, misdir, müəyyən sıxlığına görə də ayrı-ayrı yerlərə gedir. Yəni çox, belə demək mümkündürsə, çox təhlükəli bir məhluldur və qruntu yeyir. Yəni açıq yerdə olsa, onun aşağısı o hovuzlarda izolyasiya olunmasa, ətraf-mühit üçün çox ciddi problem yaşana bilər”.

Nazirlər Kabinetinin iyunun 21-də məlumatına görə, Söyüdlü kəndində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə dövlət komissiyası yaradılıb.

XS
SM
MD
LG