Arqument.az saytının baş redaktoru Şəmşad Ağa deyir ki, son illər ictimai birliklər tərəfindən yaradılan media məktəblərinin gənc jurnalistlərin yetişməsində böyük rolu var. Baş redaktor hesab edir ki, hazırda belə kursların hökumət tərəfindən hədəfdə olması ölkə jurnalistikasına problemlər gətirir.
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 12-15 yaşlı uşaqlar üçün Dok Atelye layihəsi təşkil edib. Sevilfest-in kommunikasiya meneceri Aygül Qurbanova deyir ki, Azərbaycanda bu tip kurslar, demək olar ki, yoxdur.
“Toplum TV”-nin əməkdaşlarının saxlanılmasından və ofisin möhürlənməsindən bir ay keçir. Saxlanılanlardan biri də jurnalist Müşfiq Cabbardır. Anası Mətanət xanım bir aydır ki, hər həftəsonu oğlunun yolunu gözləyir.
Subay anaların karyeraya fokuslanması dünyanın hər bir yerində asan deyil. Azərbaycanda isə uşağa görə müavinətin az olması məsələni daha da çətinləşdirir.
“Toplum Tv” saytının təsisçisi Ələsgər Məmmədli şübhəli şəxs qismində saxlanılıb. O, qaçaqmalçılıqda ittiham edilir. Vəkili Aqil Layıc deyir ki, Ələsgər Məmmədlinin səhhətində ciddi problemlər var.
Mütəxəssislər deyir ki, şəhərlərin quruluşu və dizaynın təşkili bilavasitə xoşbəxtliyə təsir edir. Bəs Bakıda bununla bağlı vəziyyət necədir?
23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 saylı seçki məntəqəsində səs verən seçici seçki təcrübəsi haqda danışır.
27 saylı Sabunçu seçki dairəsinin 25 saylı seçki məntəqəsində vətəndaş seçkidə iştirakı haqda danışır.
Prezidentliyə namizəd Razi Nurullayev seçkilərdə səs verdikdən sonra jurnalistlər qarşısında çıxış edib.
Siyasi elm mütəxəssisi Pünhani Əsgərli hesab edir ki, Azərbaycanda hökumətin tutduğu xətt cəmiyyəti tamamilə apolitik olmağa doğru aparır. Mütəxəssisin fikrincə, ifadə azadlığı olmadan siyasi müzakirələr qeyri-mümkündür.
Azərbaycanda təhsil müəssisələrində gender kimliyinə görə bullinqə məruz qalma halları geniş yayılıb. Gender tədqiqatçısı hesab edir ki, LGBTQİ+ şagirdlərə qarşı olan bullinq növündə, adətən, məktəblər özləri iştirak edir.
III Respublika Platforması və NİDA Vətəndaş Hərəkatının üzvü Araz Əliyev 25 sutka inzibati həbsdən sonra azadlığa buraxılıb. Dekabrın 23-də Araz Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. O, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
Yanvarın 15-də Xətai Rayon Məhkəməsi jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçib. O, "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə qaçalmalçılıq" maddəsi ilə ittiham olunur. Elnarə Qasımova “Abzas Media” işi ilə bağlı saxlanılan 6-cı jurnalistdir.
Vəkil Bəhruz Bayramovun bildirdiyinə görə, "Abzas Media" işi ilə bağlı yenidən şahid qismində BŞBPİ-yə çağırılan Elnarə Qasımova qaçaqmalçılıq ittihamı ilə saxlanılıb.
Daha çox yüklə