Azərbaycanda orta məktəb təhsili valideynləri narahat edən mövzudur. Onların bir çoxu özəl məktəblərin bahalı olduğunu, dövlət məktəblərinin keyfiyyətinin isə aşağı olduğunu deyirlər.
3 ildən artıqdır ki, özəl məktəblərdə dərs deyən Nazlı Pəncəliyeva özəl məktəblərlə dövlət məktəblərinin fərqini izah edir.
İqtisadçı Elçin Rəşidov Azərbaycanda özəl məktəblərdə təhsil haqqının yüksək olmasının səbəblərini izah edir.
"Əli və Nino" kitab mağazası şəbəkəsinin rəhbəri Nigar Köçərli övladının dövlət məktəbində təhsil aldığı zaman müşahidələrini paylaşır.
İctimai fəal Araz Əliyevin yoldaşı Gülarə İsmayılova Daxili İşlər Nazirliyinin önündə aksiyaya cəhd etdikdən sonra Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinə aparılıb və orada ona yoldaşının Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlandığı bildirilib.
NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyevdən bir sutkadır ki, məlumat ala bilməyən həyat yoldaşı Gülarə İsmayılova DİN-in binası qarşısında aksiya edib. Aksiyadan sonra məlum olub ki, Araz Əliyev 25 sutka inzibati həbsə məhkum edilib.
III Respublika Platformasının üzvü Araz Əliyev ilə dekabrın 23-də əlaqə itib. Rəsmi qurumlar Əliyevin saxlanılıb-saxlanılmaması barədə məlumat yaymayıb. Müdafiə Hüquq Mərkəzinin rəhbəri Səməd Rəhimli Amerikanın Səsinə müsahibədə Araz Əliyevdən xəbər alınmamasının hüquqi aspektini şərh edib.
Dekabrın 23-də III Respublika Platformasının üzvü Araz Əliyevlə əlaqə itib. Rəsmi qurumlar Əliyevin saxlanılıb-saxlanılmaması barədə məlumat yaymayıb. Eyni zamanda III Respublika Platformasının spikeri Akif Qurbanov sosial şəbəkədə izləndiyi haqda məlumat paylaşıb.
Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsində "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızının və onların ailə üzvlərinin bank hesablarına həbs qoyulması və bank məlumatlarının ələ keçirilməsi ilə bağlı şikayətə baxılıb. Məhkəmə işi Xətai Rayon Məhkəməsinə geri qaytarıb.
“Abzas Media”nın direktoru Ülvi Həsənli bacısı ilə görüşüb. Nərmin Həsənovanın dediyinə görə, qardaşı müxtəlif qurumlara şikayət etdiyi üçün hədələnib.
Narkotik vasitələrin satışında ittiham olunan ictimai fəal İlhamiz Quliyevin bacısı Maya Quliyeva qardaşının həbsini fəaliyyəti ilə əlaqələndirir. O, qardaşının "Abzas Media"ya keçmiş polis əməkdaşı kimi müsahibə verdikdən sonra həbs olunduğunu deyir.
Jurnalist Şəmistan Həziyev “Abzas Media”-nın əməkdaşlarına qarşı açılan cinayət işi ilə bağlı Bakı Şəhər Baş Polis idarəsində şahid qismində dindirilib.
Amerikanın Səsinə müsahibəsində iqtisadçı Zöhrab İsmayıl son həftələr vətəndaş cəmiyyəti təşkilatlarının üzləşdiyi təzyiqləri şərh edir.
“Abzas Media” rəhbərliyinə qarşı cinayət işi açıldığı bir vaxtda hökumət mediası beynəlxalq təşkilatların və yerli qeyri-hökumət təşkilatlarının maliyyələşməsi ilə bağlı materiallar dərc edir. Müşahidəçilər indiki vəziyyətin 2013-2014-cü illərdə vətəndaş cəmiyyətinə təzyiqlərlə müqayisə edir.
Noyabrın 28-də Bakının Səbail Rayon Məhkəməsi hakim Ülviyyə Şükürovanın sədrliyi ilə “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
Oktyabrın ilk günlərində tibb, fizika, kimya, ədəbiyyat, iqtisadiyyat və sülh sahələri üzrə Nobel mükafatçılarının adları elan ediləcək. Həmin mükafat fondunun bir hissəsinin Bakı neftindən gəldiyini yəgin ki, eşitmisiniz. Bəs Bakıda Nobel qardaşlarının muzeyi olduğunu bilirdinizmi?
“Küçələrin səsi" layihəsi heyvansevərlər üçün ilk dəfə film axşamı təşkil edib. Nümayişin məqsədi biletlərdən yığılan pulun kimsəsiz heyvanlara xərclənməsidir.
Azərbaycanda əlilliyi olan insanlar işlə bağlı bir sıra problemlər yaşayırlar. Bəs işsizliyin və artan inflyasiyanın fonunda onlar nə kimi çətinliklərlə üzləşirlər?
Daha çox yüklə