Azadlıq qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahid Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti barədə danışıb. Azərbaycan Sərhədsiz Reportyorların son mətbuat azadlığı indeksində 164-cü yerə geriləyib. Qənimət Zahid isə həqiqi vəziyyətin daha ağır olduğunu düşünür.
Azərbaycan Sərhədsiz Reportyorların bu ilki mətbuat azadlığı indeksində 13 pillə geriləyərək 180 ölkə sırasında 164-cü yerdə qərar tutub. Sərhədsiz Reportyorlar mediaya qarşı təzyiqlər və jurnalist həbslərinin Azərbaycanın sıralamada ciddi geriləməsinə səbəb olduğunu bildirib.
Avropa Parlamenti Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, Avropa İttifaqını insan hüquqlarını pozanlara qarşı sanskiyalara çağıran qətnamə qəbul edib. Azərbaycan Milli Məclisi qətnaməni “obyektivlikdən uzaq” və “Azərbaycana qarşı qərəzli siyasi aksiya kimi” qiymətləndirib.
AŞPA-nın Azərbaycanın iştirakı olmadan keçirilən yaz sessiyasında Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Dominik Hasler Azərbaycan nümayəndə heyəti ilə bağlı məsələnin Nazirlər Komitəsində bir neçə dəfə müzakirə olunduğunu deyib.
Daha çox yüklə