Sərhədsiz Reportyorlar təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kaveliye Amerikanın Səsinə müsahibədə iyunun 14-də Fransada mühacirətdə olan bloger Məhəmməd Mirzəliyə sui-qəsd cəhdində şübhəli bilinən iki nəfərin həbs olunması barədə məlumat verib.
Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi nəticəsində çox sayda insanlar öz şəhərlərini tərk etmək məcburiyyətində qalıblar. Odessa sakini Alyona Vladimirovna qızı ilə birlikdə sığınacaq üçün Azərbaycana üz tutan ukraynalılardandır.
Freedom House təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt Amerikanın Səsinə müsahibədə Azərbaycanda media azadlığı durumunu şərh edib.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan birbaşa telefon danışığını və Avropa İttifaqı və Birləşmiş Ştatların Ermənistanla Azərbaycan arasında uzunmüddətli razılığın əldə olunmasında oynadığı rolu şərh edib.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin Cənubi Qafqaza mümkün təsirləri, Minsk Qrupunun gələcəyi və Ukraynadakı böhran fonunda ABŞ-Azərbaycan münasibətlərindən danışıb.
Daha çox yüklə