Accessibility links

Kit Darden: Rusiya demilitarizasiyanı artıq sərhədi yaxınlığında güclü qüvvənin mövcud olmaması kimi də izah edə bilər


Kit Darden: Rusiya demilitarizasiyanı artıq sərhədi yaxınlığında güclü qüvvənin mövcud olmaması kimi də izah edə bilər
please wait

No media source currently available

0:00 0:05:02 0:00

Kit Darden: Rusiya demilitarizasiyanı artıq sərhədi yaxınlığında güclü qüvvənin mövcud olmaması kimi də izah edə bilər

Rusiya fevralın 24-də Ukraynaya əsassız hərbi müdaxiləyə başlayıb. Bu, İkinci Dünya Müharibəsindən sonra bir Avropa ölkəsinə ən böyük hücumdur. Moskva Ukraynanın onun təhlükəsizliyinə təhdid yaratdığını deyir.

Vaşinqtonda yerləşən Amerikan Universitetinin professoru Kit Darden Amerikanın Səsinə müsahibədə Rusiyanın Ukraynadakı məqsədindən, müharibənin gedişatından, sanksiyaların Rusiyaya təsirindən və Ukrayna müharibəsinin post-sovet məkana, o cümlədən Cənubi Qafqaza mümkün təsirlərindən bəhs edib.

Amerikanın Səsi: Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri 3 həftəyə yaxın vaxt keçib. Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya deyib ki, Ruisya hərbi müdaxiləsini xüsusi hərbi əmləiyyatı məqsədinə, o cümlədən demilitarizasiyaya nail olduqdan sonra dayandıracaq. Sizin buna münasibətiniz nədir?

Kit Darden: Mən düşünürəm ki, bu hərbi müdaxilənin məqsədi zamanla dəyişib .Belə ki, onlar ilk başda kifayət qədər ambisiyalı idi, onların ordusunun hazılıq vəziyyəti onların rejim dəyişikliyinə nail olmağa və mümkündür Ukrayna sərhədlərini əhəmiyyətli dərəcədə dəyişməyə çalışacaqlarını göstərirdi. Ancaq zənnimcə indi artıq onlar daha azını qəbul etməyə hazırdırlar və hətta demilitarizasiya da artıq Rusiya sərhədində güclü qüvvə mövcudluğunun olmaması kimi də izah edilə bilər. Lakin məncə hərbi müdaxilənin ruslar üçün gedişatı pis olduğu üçün, onlar bəzi tələblərindən geri çəkilə bilərlər. Bununla belə hələ də bəzi əhəmiyyətli tələblər var ki, zənnimcə, ukraynalıların onlara razılaşması çətin olacaq.

Amerikanın Səsi: Qərb ölkələri Rusiyaya, rus oliqarxlara və liderlərə, o cümlədən Putinin özünə bir sıra misli görülməmiş sanksiyalar tətbiq ediblər və onlar sanksiyaları instensivləşdirməyə davam edirlər. Eyni zamanda Rusiya Ukrayna şəhərlərini bombalamağa davam edir və Ukrayna ilə Rusiya danışıqlar aparamağa davam edirlər, amma heç bir böyük irəliləyiş əldə olunmur. Bunları nəzərə aldıqda siz sanksiyaların Putinin Ukraynaya hərbi müdaxiləsini davam etdirməsinin qarşısını alacağını düşünürsünüzmü? Rusiya bu sanksiyaların iqtisadiyyatına təsisirə daha nə qədər tab gətirə bilər?

Kit Darden: Məncə sanksiyalar Rusiyanın qısa müddətdə Ukraynaya hərbi müdaxiləsinin qarşısını almır, ancaq onlar açıq şəkildə göstərir ki, uzun müddətdə onların bədəlləri böyük olacaq. Onlar həm də hərbi müdaxilənin uğursuz olmasına yardım etdi, çünki müəyyən mənada hərbi müdaxilə və ya ən azından onların hərbi müdaxilə ilə bağlı təsəvvürləri bəzi yerli ukraynalıların əməkdaşlığından asılı idi ki, məsələn Odessa və ya Xarkivdəki yerli oliqarxlar Rusiya Federasiyasına qoşulub, indiki kimi davam edə biləcəklərinə qərar versinlər. Amma indi aydındır ki, əgər sən Rusiyanın bir parçasısansa, iqtisadiyyatın əhəmiyyətli dərəcədə zərər görəcək.

Ona görə də, mən düşünürəm ki, bu, ukraynalıları müəyyən dərəcədə müqavimət və əzmlə təmin etməyə yardım edir ki, Rusiya ukraynalılarla çox əməkdaşlıq edə bilmir.

Amerikanın Səsi: Qərb liderləri, ələlxüsus da Ukrayna Prezidenti Volodimri Zelenski tərəfindən Ukraynanı daha çox hərbi dəstəklə təmin etmək, xüsusilə də Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməklə bağlı təzyiqlə üzləşirlər, amma onlar buna müqavimət göstərirlər. Bunu nəzərə aldıqda, sizcə NATO-nun Ukraynaya cəlb olunmasına nə səbəb ola bilər?

Kit Darden: Biz NATO-nun Ukraynaya cəlb olunmasına nəyin səbəb ola biləcəyini bilmirik. Bunun cavabı “heç nə” deyil. Ancaq limit kifayət qədər yüksəkdir və Bayden administrasiyası açıq bildirib ki, onlar bunun Rusiya ilə NATO arasında birbaşa qarşıdurmaya çevrilməsini istəmir. Ona görə də, düşünürəm ki, bu o demək deyil ki, Ukraynada nə baş versə də NATO heç vaxt müdaxilə etməyəcək. Ancaq bunun üçün olduqca əhəmiyyətli bir şey baş verməli olacaq.

Amerikanın Səsi: Cənubi Qafqaz ölkələri Gürcüsan, Ermənstan və Azrəbaybca Ruisyanın Ukraynaya qarşıhərəkətlərinə böyük ölçüdə səssiz qalıblar. Siz onların səssizliyini nə ilə izah edirsiniz?

Kit Darden: Cənubi Qafqaz ölkələrinin hamısının Rusiya ilə çox əhəmiyyətli əlaqələri var. Ermənistan, aydındır ki, öz təhlükəsizliyi üçün Rusiyadan asılıdır. Azərbaycanın da Rusiya ilə yaxın münasibəti var və Rusiya Dağlıq Qarabağdan çıxan hər hansı məsələnin həlli üçün vacibdir. Gürcüstanın indi Rusiya ilə normal münasibəti var və onlar Rusiyanın yenidən öz ərazilərinə müdaxilə etməsini istəmir. Ona görə də zənnimcə onlar hamısı qərar verib ki, bu vəziyyətdə edə biləcəkləri ən yaxşı şey səssiz qalmaqdır.

Amerikanın Səsi: Bu sualım davamı olaraq, sizcə Ukraynadakı müharibənin post-sovet məkənaar, xüsusilə də Cənubi Qafqaza mümkün təsirləri nə ola bilər?

Kit Darden: Məncə müharibənin pis irəliləməsi faktı onun Cənubi Qafqaza daha az təsir göstərməsinə gətirib çıxara bilər. Ancaq həm Türkiyə həm də Azərbaycanın Ermənistana qarşı bir az daha aqressiv olma ehtimalı istisna olmaqla, çünki onlar düşünə bilər ki, Rusiyanın Ermənistanı dəstəkləməsi onların düşündüyü kimi nəticə verməyə bilər. Rusiya ordusuna zərbə dəydiyinə və onların Ukraynadakı zəif performansı səbəbilə reputasiyası azaldığına görə, bu, mümkündür ki, Cənibi Qafqazda gözlənilən güc balansına təsir göstərə bilər.

XS
SM
MD
LG