Accessibility links

Henri Heyl: "Ukraynanın müqaviməti Ukraynanı tanıyan heç kəs üçün sürpriz deyildi"


Henri Heyl: "Ukraynanın müqaviməti Ukraynanı tanıyan heç kəs üçün sürpriz deyildi"
please wait

No media source currently available

0:00 0:10:36 0:00

Henri Heyl: "Ukraynanın müqaviməti Ukraynanı tanıyan heç kəs üçün sürpriz deyildi"

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində yerləşən Corc Vaşinqton Universitetinin professoru Henri Heyl Amerikanın Səsinə müsahibədə Rusiyanın nüvə silahlarından istifadə ehtimalını, Ukraynanın Rusiya ordusuna müqavimətini və Ukrayna müharibəsinin post-sovet məkana təsirlərini şərh edib.

Amerikanın Səsi: Rusiyanın Ukraynaya təcavüzündən bir ay keçdi. Rusiya nə strateji məqsədlərinə nail ola, nə də ümid etdiyi kimi Ukraynanı özünə tabe edə bildi. İndi də bəzi müşahidəçilər deyirlər ki, Ukrayna artıq daha çox hücuma keçib və hətta itirilmiş ərazilərin bir hissəsini geri alıb. Bununla belə, Qərb əvvəlcədən Rusiyanın Ukraynaya hücum edəcəyini gözləyirdi, çünki Moskva bir neçə həftə əvvəldən sərhəddə qoşunlarını toplamağa başlamışdı. Sizcə Ukraynanın Rusiya ordusuna bu qədər uzun müddət müqavimət göstərəcəyi gözlənilirdimi? Ukrayna bunu necə bacardı?

Henri Heyl: Mən düşünürəm ki, Ukraynanı yaxşı tanıyan insanlar iradənin olacağını bilirdilər, xüsusilə də 2014-cü ildən bəri. Amma ondan öncə də Ukrayna Ukraynanın Rusiyanın üzərində bir növ avrtoritarizm qurmaq və ya sadəcə olaraq Rusiyanın nəzarətinə daxil olmağa məcbur etmək səylərinə qarşı müqavimət göstərmək tarixinə malikdir. Bunu 1990-cı illərdə SSRİ-nin hələ də mövcud olduğu zaman suverenlik tələblərinin olduğu Qranitin üzərində inqilabdan tutmuş, Narıncı İnqilaba, 2014-cü ildə Avromaydan inqilabına kimi müşahidə etmək olar. Və Rusiya 2014-cü ildə Krımı ilhaq edəndə ölkə boyu Ukraynaya dəstək çox güclü idi. Ona görə də məncə Ukraynanın müqaviməti Ukraynanı tanıyan heç kəs üçün sürpriz deyildi. Ancaq zənnimcə Ukraynanın hərbi imkanları çox bilinmirdi və məncə hərbi ekspertlərin Moskvanın Ukraynanın istəksiz olmasına rəğmən Ukraynanı ələ keçirə biləcəyi ilə bağlı bəzi erkən proqnozları var idi, çünki Ukrayna ordusu yaxşı təchiz olunmamış və yaxşı idarə olunmamışdı.

Amma məncə indi görürük ki, ordunun 2014-cü ildən bəri həyata keçirdiyi islahatlar kifayət qədər effektiv olub. Ona görə də, baxmayaraq ki, Rusiyanın tez bir zamanda uğur qazana bilməyəcəyinə dair məlumatlar var idi, bu bəzilərini təəccübləndirdi. Məncə onların iradələri təəccüblü gəlmədi, amma iradəni faktiki hərbi güclə birləşdirmək bacarığı bir çoxları, xüsusilə də Vladimir Putin üçün gözlənilməz idi.

Amerikanın Səsi: Qərbin yüksək səviyyəli rəsmiləri getdikcə narahatdır ki, Rusiyanın Ukraynadakı itkiləri Prezident Vladimir Putini daha təhlükəli edir. Sizin buna münasibətiniz nədir?

Henri Heyl: Məncə o artıq kifayət qədər təhlükəli oluğunu sübut edib. Bundan haha təhlükəli qeyri-ənənəvi silahlardan istifadə ola bilər. Bu, bioloji, kimyəvi və mümkündür nüvə silahlarından istifadə ola bilər. Düşünürəm ki, ən böyük təhlükə əslində nüvə silahından istifadədir, çünki Rusiya Federasiyasının müəyyən təhlükəsizlik sənədlərində və təhlükəsizlik konsepsiyalarında bunların döyüşdə istifadə edilə bilən silahlar olduğu nəzərdə tutulur. Onların istifadə oluna biləcək kiçik “nüvə silahları” var.

Beləliklə, mənim fikrimcə, risk odur ki, əgər Putin adi müharibədə onun gözlədiyi şəkildə qalib gəlmirsə, o elə bir vəziyyətdədirsə ya uduzmaq, ya da bir növ nüvə silahından istifadə etmək seçimi qarşısındadırsa, bu mümkündür. Amma biz bunun nə olacağını tam olaraq bilmirik. Ancaq məncə bu təhlükələr realdır, o baxımdan ki, biri küncə sıxışdığında, daha təhlükəli ola bilir.

Bu o demək deyil ki, o bunu edəcək, çünki, düşünürəm ki, o bu yolu seçsə, hər cür nəticələr onun üçün olduqca gözlənilməz ola bilər. Bilirsiniz, bir ehtimal var ki, əgər Rusiya nüvə silahından istifadə etsə, Rusiya daxilində ictimai dəstək yox olacaq.

Düşünürəm ki, nüvə müharibəsi ideyası Rusiya da daxil olmaqla dünyadakı əksər insanlar üçün nifrət doğuran bir şeydir, xüsusən də bu, Rusiya təbliğatının ruslarla bir xalq kimi təsvir etdiyi Ukraynada istifadə olunarsa. Məncə bu bir ehtimaldır. Amma əlbəttə ki, Putinin nüvə silahından istifadəni nəzərdən keçirərkən nəzərə almalı olduğu başqa bir şey Qərbin cavabının necə olacağıdır. Düşünmürəm ki, onun bunun ya bir növ meylli reaksiyaya və yaxud NATO-nun müharibəyə birbaşa müdaxiləsi daxil olmaqla, bir növ çox dramatik reaksiyaya səbəb ola biləcəyini istisna etməsi üçün bir səbəb var. O həqiqətən də bu xətti keçməlidirmi?

Məncə belə bir təhlükə var ki, əgər o küncə sıxışsa, o eskalasiya edib, indiyə qədər etdiyindən daha çox dağıntılara gətirib çıxaracaq bu yolu seçə bilər. Ancaq eyni zamanda, düşünürəm ki, çox güman ki, o çoxlu çətin hesablamalarla üzləşir. Ona görə də ümid edirəm ki, əgər hətta o, indiyə qədər etdiklərini edəcək qədər sərsəmdirsə belə, nüvə, kimyəvi və ya bioloji silahlardan istifadə edəcək qədər sərsəm deyil. Və ya ən azından ətrafındakı insanlar geri addım atıb və “bir dəqiqə dayanın, bu, cizgini aşır” deyib, belə bir əmri həyata keçirməkdən imtina edə bilərlər. Yəni, nə isə demək çətindir, amma məncə bu risk realdır. Amma biz ümid etməliyik ki, o məsələni bu həddə çatdırmayacaq.

Amerikanın Səsi: Putinin münaqişəni Ukraynadan kənara genişləndirmək ehtimalı nədir?

Henri Heyl: Düşünürəm ki, bu, bir neçə ssenarilər altında baş verə bilər. Və məncə ən çox ehtimal olunan ssenarilərdən biri onun bir növ qeyri-ənənəvi silahdan istifadə etməsi ola bilər. Onun indiyə qədər istifadə etiyi və ya istifadə etməyi planlaşdırdği termobarik silahlar onsuz da olduqca dəhşətlidir. Amma onun cizgiyi açıb, kimyəvi, bioloji və ya nüvə sialharldaın istifadə etməsi məncə NATO-nun hər hansı bir yolla birbaşa müdaxilə şansını kəskin şəkildə artırar. Məncə bu həm də müharibənin daha da genişləməsinə gətirib çıxara bilər. Və kim bilir ki, bunun nəticələri nə olar. Lakin mən əminəm ki, bu nəticələr Putin üçün yaxşı olmayacaq. Buradakı əsas sual odur ki, müharibənin çox eskalasiya etməsi kiminsə xeyrinə olarmı? Ümid edirik ki, o bunu dərk edəcək və o həddə çatdırmayacaq, hətta küncə sıxışıb, itkilərlə üzləşməli olsa belə.

Amerikanın Səsi: Bəs post-sovet məkan necə? Ukraynadakı müharibənin digər post-sovet ölkələrinə, xüsusilə də Cənubi Qafqaz ölkələrinə təsiri ola bilərmi?

Henri Heyl: Müharibə onsuz da bir çox ölkəyə birbaşa təsir edir. Əsasən də Rusiyanın müharibə səylərini birbaşa dəstəkləyən Belarusa. Yəni müharibənin başqa yerlərdə fəsadları olacaq. Məncə bizim şahid olduğumuz böhranlardan biri Rusiyaya tətbiq olunan sanksiyalar və beynəlxalq iqtisadi və başqa təcridlərdir. Və əgər onun iqtisaddiyatı kiçilsə, miqrant işçilər üçün fürsətlər azalacaq. Və Rusiyanın cənubundakı ölkələrin bir çoxun iqtisadiyyatı əsasən də miqrantların yolladığı pullardan asılıdır. Bu əsasən Orta Asiya ölkələrinə, ən azından Tacıkistan və ya Qırğızıstan kimi ölkələrə aid oluna bilər. Yəni Cənubi Qafqaz ölkələri daha az təsir görə bilər. Amma bunun Cənubi Qafqaza başqa təsirləri ola bilər. Məncə bir çox şey münaqişənin gedişatından asılıdır.

Ancaq, xüsusilə də Gürcüstan üçün bir çox xəbərdarlıq yaranır. Bəlkə də bu müharibə Gürcüstanın Avro-Atlantik istiqamətini vurğulayır. Çünki hazırkı rəhbərlik artıq bir müddətdir Rusiyanı çox da uzaqlaşdırmadan Avropa oriyentasiyası arasında bir xətt çəkməyə çalışır. İndi isə ölkə daxilində bunu etmək çox çətinləşib. Ona görə də Gürcüstan daxilində daha böyük təkan görmək olar və onlar Avropa İttifaqı qarşısında daha çox mənəvi arqument irəli sürə bilər ki, indi bu cür beynəlxalq qurumlara qoşulmaq üçün əvvəlkindən daha çox nəzərdən keçirilməlidir. Eyni zamanda düşünürəm ki, bu həm də ölkədə bu imkanı artırmaq üçün daxili islahatların aparılmasına təkan verilə bilər.

Ayndır ki, Ermənistan da birbaşa təsirlənib. Bunun bir səbəbi ölkədən qaçan rusların axınıdır. Gürcüstan da eynilə. Mən bu baxımdan Azərbaycandakı vəziyyəti bilmirəm. Amma Ermənistan Cənubi Qafqazda Rusiya ilə ən yaxın əlaqəsi olan ölkədir və ona görə də Rusiyadan qaçan çox sayda insan Yerevana axışır. Eynisi Gürcüstanda da baş verir. Onların çoxu siyasi təqibdən qorxduqları üçün qaçırlar.

Və ümumilikdə məncə Rusiya iqtisadiyyatının çökməsi və ya ən azından beynəlxalq əlaqələrinin kəsilməsi bütün regiona təsir göstərəcək, çünki hər kəsin iqtisadiyyatı müəyyən dərəcədə Rusiyadan təsirlənir. Düşünürəm ki, Rusiya iqtisadiyyatına ən çox inteqrasiya olunan Ermənistandır. Ona görə də orada bunun böyük təsirlərini müşahidə edəcəyik. Ancaq Azərbaycanın da Rusiya ilə bir çox baxımdan yaxşı iqtisadi əlaqələri var. Və zənnimcə bu əlaqələrin kəsilməsi çətin olacaq. Bu ölkələrin hamısı müəyyən bir nöqtədə tərəf seçməli olacaqlar. Və əlbəttə ki, çox şey müharibənin gedişatından asılıdır. Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları artırmağın yollarını axtarırlarsa, onlar ikinci dərəcəli sanksyaları nəzərədən keçirməli olacaqlar ki, hələ ki, bunu etməyiblər. Bu isə sanksiyalara əməl etməyən ölkə və şirkətlərə sanksiya tətbiq etmək olacaq. Bu da ölkələri tərəf seçməyə məcbur edəcək. Məncə bu, Cənubi Qafqaza birbaşa təsir göstərə bilər.

XS
SM
MD
LG