Accessibility links

Pol Stronski: Azərbaycan hökuməti vəziyyəti tarazlamağa və bu diplomatik mübahisəyə birbaşa cəlb olunmamağa çalışır


Pol Stronski: Azərbaycan hökuməti vəziyyəti tarazlamağa və bu diplomatik mübahisəyə birbaşa cəlb olunmamağa çalışır
please wait

No media source currently available

0:00 0:09:51 0:00

Pol Stronski: Azərbaycan hökuməti vəziyyəti tarazlamağa və bu diplomatik mübahisəyə birbaşa cəlb olunmamağa çalışır

ABŞ-da qərargahlanan Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının baş elmi işçisi Pol Stronski Amerikanın Səsinə müsahibədə Rusiyanın Ukraynaya hərbi təcavüzünün nəticələri, müharibənin post sovet məkana təsiri və Azərbaycan hökumətinin bu müharibə ilə bağlı mövqeyini şərh edib.

Amerikanın Səsi: Cənab Stronski, Rusiyanın Ukraynaya təcavüzü artıq üç aya yaxındır ki, davam edir. Rusiya bəzi irəliləyişlər əldə edib. Məsələn Mariupola nəzarəti ələ keçirmək kimi. Eyni zamanda isə Rusiya qüvvələri itkilər də verib və Ukraynanın ikinci böyük şəhəri Xarkiv da daxil olmaqla bəzi bölgələrdən çıxarılıb. Bunları nəzərə aldıqda, müharibənin gedişatı ilə bağlı proqnozlarınız nədir? Rusiya-Ukrayna müharibəsinin sonu necə görünür və bunun iki ölkə üçün nəticələri nə olacaq?

Pol Stronski: Məncə bu gün Rusiya-Ukrayna müharibəsinin sonunun nə olacağını təxmin etmək hələ də çətindir.

Məncə biz hamımız Rusiyanın niyyətinin nə olduğunu bilirik. Rusiya Ukraynanın tamamının və ya ən azından yarısının təslim olmasını və Zelenski hökumətinin dağılmasını istəyirdi. Bu baş vermədi. Rusiya qüvvələrinin bir çox insanın gözlədiyindən daha az birlik, daha az effektiv amma daha qəddar olduğu üzə çıxdı. Ukraynalıların isə daha dayanıqlı olduğu sübut olundu. Onların ölkəsinə hərbi müdaxilə olunur və ona görə də onlar ağır mübarizə aparırlar.

Müharibənin başında belə görünürdü ki, Zelenski fevralın 24-dəki vəziyyətə qayıtmaq istəyirdi. Bəlkə də hələ də elə istəyir. Amma ukraynalılar gözlənildiyindən daha yaxşı nəticə göstərdikləri və ruslar çətinlik çəkməyə davam etdikləri üçün, xüsusilə də Rusiya qüvvələrinin etdikləri dəhşətli vəhşiliklərdən sonra mənim danışdığım bir çox ukraynalı deyir ki, təkcə fevralın 24-dən sonra itirilən torpaqları geri almaq kifayət deyil. Onlar Rusiyanı tamamilə məğlub etmək istəyirlər.

Belə görünür ki, həll yolu tapmaq ehtimalı indi daha azdır. Amma məncə müəyyən beynəlxalq vasitəçilik yolu ilə münaqişə dondurula bilər. Bu, təhlükəsizlik, belə desək, geo-siyasi mühit üçün yaxşı deyil, amma Ukrayna xalqı üçün yaxşı ola bilər. Amma görəcəyik. Nə qədər geri çəkilmək istədiklərinə və nələrin baş verəcəyinə Ukrayna və Ukrayna xalqı qərar verməlidir. Məncə biz beynəlxalq ictimaiyyət olaraq ukraynalılara nə edib-etməməli olduqlarını diktə etməməliyik. Ancaq düşünürəm ki, və ümid edirəm ki, biz insan həyatını qorumağa kömək etmək üçün bir növ atəşkəs görə biləcəyik.

Amerikanın Səsi: Putin Sovet İttifaqının dağılmasını 20-ci əsrin ən böyük geosiyasi fəlakəti adlandırıb və bəzi ekspertlər onun məqsədinin Sovet İttifaqını bərpa etmək olduğunu iddia edirlər. Buna münasibətiniz nədir?

Pol Stronski: Əgər onun məqsədi Sovet İttifaqını bərpa etməkdirsə, o, bunun tam əksini edir. O, Rusiyanın getdikcə tənəzzülə uğramasına səbəb olur. Təəssüf ki, mən koronavirus pandemiyası səsəbilə yaxın zamanda regiona səfər edə bilməmişəm, amma Azərbaycan, Ermənistan, Gürcüstan və Orta Asiyadan olan həmsöhbətlərimdən eşidirəm ki, Rusiya ilə qonşuları arasında münasibətlərdə tənəzzül yaşanır. Məncə Azərbaycanda bu kifayət qədər aydındır. Belə ki, biz Rusiyada bəzi fiqurların Azərbaycanın suverenliyinə təhdidlər etdiyini görmüşük. Biz Qazaxıstanın suverenliyinə də təhdidlərin olduğunu görmüşük. Biz Rusiyanın bəzi təxribat xarakteri daşıyan hərəkətlərini görmüşük və məncə insanlar Ukrayna şəhərlərində baş verənlərdən çox ehtiyatlanırlar.

Məncə, əlbəttə ki, o bunu güc yolu ilə etmək istəmirsə, şübhəsiz ki, bu məqsədə xələl gətirir. Rusiya nə üç metrlik nə də bir metrlik bir ordudur. Bunun ortasında bir yerdədir. Amma məncə bizim gördüyümüz odur ki, Rusiya çətinlik çəkir. Rusiya hərbi cəhətdən çətinlik çəkir, bu hətta sankiyalardan öncə də belə idi. Rusiyanın hərbi texnikası o qədər də effektiv deyil. Məncə biz 2020-ci ildə Dağlıq Qarabağ müharibəsində gördük ki, Azərbaycan Ermənistana qarşı Türkiyənin hərbi texnikasından istifadə edərək daha effektiv oldu. Biz Ukraynada da eynisinə şahid oluruq və bəzi hallarda onlar da Türkiyənin silahlarından istifadə edirlər. Zənnimcə biz Rusiyanın tənəzzülə uğradığını görürük. Bu tənəzzül yavaş ola bilər və tənəzzülə uğrayan Rusiya təhlükəli Rusiya ola bilər. Amma məncə geri çəkilib, SSRİ-ni yenidən qurmaq kifayət qədər çətin olacaq.

Və hətta Ermənistan və Qırğızıstan, eləcə də hətta Qazaxıstanda belə Avrasiya İttifaqı və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hissəsi olaraq qalmaq istəyib-istəmədiklərinə dair müzakirələr aparılır.

Yəni ölkələrin bu təşkilatlardan çıxmaq üçün attım atacaq qədər cəsarətli olub-olmadıqları sual edilir. Amma həmin ölkələrdə çox sayda insan Moskva ilə bu qədər sıx əlaqələrinin olmasını istəyib-istəmədkilərini sual edirlər.

Amerikanın Səsi: Ümumilikdə Rusiya-Ukrayna müharibəsinin postsovet məkana təsiri nə olacaq?

Pol Stronski: Məncə biz bir neçə müxtəlif təsirin olduğunu görürük. Birincisi biz ümumi iqtsadi tənəzzül görürük. Biz artan ərzaq çatışmazlığı, artan inflasiyaya şahid oluruq. Bunlar iki çox çətin pandemiya ilindən sonraya təsadüf edir, ona görə də biz şübhəsiz ki, iqtisadi tənəzzül görürük. Biz keçmiş sovet məkanında bir çox şirkətlərin tranzaksiyalar həyata keçirmək imkanlarında çətinliklərin yarandığını görürük, çünki onlar əvvəllər tranzaksiyaları Rusiya bankları vasitəsilə həyata keçirirdilər. Bu, getdikcə çox çox çətinləşib.

Məncə biz bunları görməyə davam edəcəyik. Biz Qafqazda münaqişənin həlli ilə bağlı bəzi irəliləyişlər görürük, baxmayaraq ki, hazırda onlar dayanıb.

Mən bir az skeptik yanaşırdım, amma məncə biz bəzi real danışıqların aparıldığını görürük. Məncə tərəflər hələ də uzaqdırlar və belə görünür ki, həmin danışıqlar yavaşlayır, xüsusilə də Ermənistanda çox sayda etiraz olduğu üçün. Amma biz həm Azərbaycanla Ermənistan, həm də Türkiyə ilə Ermənistan arasında danışıqların olduğunu görürük ki, bu da müsbət bir irəliləyişdir. Görək nə olacaq. Biz həm də Rusiyanın hər şeyi korlayıb-korlamayacağını görəcəyik.

Digər yerlərdə isə məncə qeyri-sabitliyin artması təhlükəsi var. Biz orta Asiyada sərhədlər boyu hərbi qüvvələrin cəmləşdirildiyini və atışmaların olduğunu müşahidə edirik. Biz bunu Qırğızıstan və Özbəkistan, eləcə də Qırğızıstan və Tacikistan sərhədində görürük. Və bunlar yaxınlarda baş verib. Dünyanın geri qalan hissəsi orada baş verənləri izləmir. Biz həm də görürük ki, indi hər kəs Türkiyə dronlarını istəyir, çünki onlar çox effektivdir.

Ona görə də məncə dünya diqqətini Ukraynaya, Moldovaya potensial təhlükələrə yönəltdiyi bir vaxt, biz mühitin dəyişdiyinə şahid oluruq. Və məncə Cənubi Qafqazda danışıqlarla bağlı müsəbt irəliləyişlərin olması mümkündür.

Ancaq müharibənin Orta Asiyaya da bəzi pontensial mənfi təhlükəsizlik təsirləri var. Bundan əlavə Orta Asiya ilə Əfqanıstan sərhədində də müəyyən hadisələr baş verib, amma dünya bu haqda çox bilmir, çünki hər kəsin diqqəti Ukraynaya yönəlib.

Amerikanın Səsi: Azərbaycan müharibə başlayandan bəri Ukraynaya humanitar yardım göndərir və İlham Əliyev də Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bununla belə, Azərbaycan martda BMT-də Rusiyanı qınayan və qüvvələrinin Ukraynadan dərhal çəkilməsinə çağıran səsvermədə iştirak etməyən ölkələrdən biri idi. Azərbaycan rəhbərliyinin bu davranışını necə qiymətləndirirsiniz?

Pol Stronski: Doğru xatırlayıramsa, Azərbaycan səsvermədə heç iştirak belə etmədi. Bilirsiniz, Azərbaycan kimi ölkələr çox çətin vəziyyətdədir. Onlar olquqları coğrafiyanı başa düşməlidirlər. Onlar Rusiya ilə sərhəd bölüşürlər və bu çox döyüşkən bir Rusiyadır. Rusiya həmin regionda böyük təsir gücünə malikdir. Amma eyni zamanda Qərb indi enerjinin diversifikasiyası ilə maraqlanır ki, Azərbaycan bunda rol oynaya bilər. Bir yandan da Türkiyə var ki, sənin bir nömrəli müttəfiqin bir az ehtiyatlıdır, amma Qara Dənizdə NATO öhdəliklərini yerinə yetirir. Ona görə zənnimcə bu çox çətin bir vəziyyətdir. Və sizin hökumətiniz, yəni Azərbaycan hökuməti vəziyyəti tarazlamağa və bu diplomatik mübahisəyə birbaşa cəlb olunmamağa çalışır.

Bununla belə, məncə BMT-də səs vermək bir məsələdir, hərəkət etmək isə başqa bir məsələ. Məncə ölkələrin Ukraynanın ərazi bütövlüyünü tanımaqla açıq diplomatik dəstək verməyə hazır olması vacibdir. Daha da vacibi isə böhran içində olan insanları humanitar yardımla təmin etməkdir. Düşünürəm ki, bu, Azərbaycanın çox ehtiyatlı olmağa, Rusiyanı və Rusiyanın yarada biləcəyi təhlükələri tarazlamağa çalışdığını, eyni zamanda isə Ukraynanı dəstəklədiyini açıq şəkildə göstərir ki, məncə həqiqətən də dəstəkləyir.

Mən həmçinin düşünürəm ki, Azərbaycan xalqı da bu yoldan keçib. Onların torpaqları işğal olunmuşdu və ona görə də insanlar onları başa düşür. Xalq arasında dəstək var. Bu dəstək universal olmasa da, mövcuddur.

Ona görə də məncə BMT-də səsvermə bir məsələdir, amma Azərbaycanın səsvermədə iştirak etməməsi belə onun bitərəf olmasının göstəricisidir. Bundan əlavə humanitar yardım göndərməsi də onun ehiyatlı bir şəkildə balansı qoruduğunu, amma daha çox Ukraynanı dəstəkləməyə meylli olduğunu göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG