Yaponiyada yeni baş nazir seçildi

  • Amerikanın səsi

Yaponiyada yeni baş nazir seçildi

Sabiq maliyyə naziri Yoşihiko Noda Yaponiyanın baş naziri vəzifəsinə seçilmiş və dərhal kabineti müəyyən etməyə başlamışdır.

Yeni hökumətin başlıca prioriteti durğunluqla üzləşən iqtiadiyyatı dirçəltməkdir. Yaponiya iqtisadiyyatı mart ayında baş verən zəlzələ və sunamidən ciddi zərbələr alıb. Cənab Noda həmçinin sələfi Nato Kanın ictimai dəstəyini azaldan Fukuşima nüvə stansiyasındakı böhranı aradan qaldrımalıdır.

Cənab Noda müxbirlərə deyib ki, bu həftəinin sonunadək o, kabinet üzvlərinin hamısını müəyyən edəcək.

Yeni baş nazir həmçinin Asiya qonşuları ilə münasibətləri sahmana salacağını vəd edib.