Accessibility links

Yaponiyanın yeni lideri nüvə işçilərinə təşəkkür edib


Yaponiyanın yeni lideri nüvə işçilərinə təşəkkür edib
Yaponiyanın yeni lideri nüvə işçilərinə təşəkkür edib

Yaponiyanın yeni baş naziri zədələnmiş Fukuşima nüvə stansiyasında bərpa işləri aparan fövqəladə hal işçilərinə minnətdarlığını çatdırıb.

Ötən həftə baş nazir olmuş Yoşihiko Noda stansiyaya gələrkən göy qoruyucu kaftan geyinib. Altı ay bundan öncə baş verən zəlzələ və sunami nəticəsində Fukuşima və onun ətrafında radiasiya səviyyəsinin yüksək olduğu deyilir.

Bundan əvvəl o, stansiyanın özəyi ərimiş altı reaktorundan üçünü söndürməyə çalışan əməkçi və əsgərlərlə müvəqqəti düşərgədə görüşmüşdü.

Yaponiya Özünümüdafiə Qüvvələrinin komandanı kimi o, ictimai qulluqçuların göstərdiyi səylərlə fəxr etdiyini bildirib.

XS
SM
MD
LG