Accessibility links

Yaponiyada yeni iqtisadiyyat naziri təyin olundu


Yaponiyada yeni iqtisadiyyat naziri təyin olundu
Yaponiyada yeni iqtisadiyyat naziri təyin olundu

Yaponiya baş naziri Yoşihiko Noda Yukio Edanonu iqtisadiyyat, ticarət və sənaye naziri vəzifəsinə təyin edib. Edano bu vəzifədə ötən həftə rüsvayçı şərhlə çıxış edən Yoşio Haçironu əvəzləyəcək.

Edano ötən ayın sonunadək əsas hökumət sözçüsü kimi xidmət edib. O, Fukuşima nüvə stansiyasında baş verən nüvə böhranına dair ictimaiyyətə müntəzəm məlumat verən məsul dövlət rəsmisi olub.

Haçiro şənbə günü Fukuşimadan evlərini tərk etmiş adamların heysiyyatına toxunan ifadəyə görə istefa verib. Haçiro Fukuşimanı “ölüm şəhəri” adlandırmışdı.

XS
SM
MD
LG