Minlərlə adam Tokyo küçələrində etiraz aksiyasına çıxaraq hökuməti nüvə enerjisindən istifadəyə son qoymağa çağırıblar.
Polis bildirir ki, 20,000-ə yaxın adam yürüşdə iştirak edib. Bu, altı ay öncə zəlzələ və sunaminin Fukuşima nüvə stansiyasında qəzaya səbəb olmasından sonra keçirilən ən iri etiraz aksiyasıdır. Aksiyanın təşkilatçıları rəqəmin daha yüksək olduğunu deyirlər.
Protest liderləri hökumətdən nüvə enerjisindən istifadəyə son qoymaq barədə konkret öhdəlik tələb edirlər.