Accessibility links

Yaponiyada tayfun azı 20 adamı öldürüb


Yaponiyada tayfun azı 20 adamı öldürüb
Yaponiyada tayfun azı 20 adamı öldürüb

Yaponiya rəsmiləri Talas tayfunu nəticəsində ölənlərin sayının 20-ə qalxdığını xəbər verirlər. Azı 50 adamın itkin düşdüyü deyilir.

Yaponiya ictimai televiziyası Vakayama prefekturunda binaları sel apardığını, Tanabe şəhərində parlçıq sürüşməsi nəticəsində evlərin viran qaldığını göstərib.

Yaponiyanın qərbi və cənubunda 100-dən çox adam xəsarət alıb.

Talas şənbə günü Şikoku adasına çataraq hazırda yavaş sürətlə Honşüyə doğru irəliləməkdədir.
Yaponiya Metereologiya Agentliyi Talasın Yapon Dənizinə istiqamət alacağını xəbər verir.

Agentlik xəbərdarlıq edib ki, ləng hərəkət edən tayfun leysan yağışları və güclü küləklərlə müşayiət olunacaq.

XS
SM
MD
LG