Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinə həsr edilmiş konfrans işini başa çatdırıb (FOTOLAR)

Konfrans iştirakçıları iki ölkə arasında 20 il ərzində münasibətlərin inkişafını dəyərləndirib, ABŞ-Azərbaycan əlaqələrinin gələcəyini müzakirə ediblər
Vaşinqtonda ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə keçirilən konfrans işini başa çatıdırıb. İki gün sürən konfrans zamanı ABŞ-ın hazırkı və keçmiş administrasiyalarının nümayəndələri, Birləşmiş Ştatlar Konqresi və Senatının üzvləri, Amerikanın müxtəlif araşdırma mərkəzlərinin təhlilçiləri, Azərbaycan Dövlət Neft şirkətinin yüksək səviyyərli rəsmiləri, Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycanın dini icmalarının liderləri iki ölkə arasında 20 il ərzində münasibətlərin inkişafını dəyərləndirib, ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə ediblər.

ABŞ və Azərbaycan arasında münasibətlərin 20 illik tarixi və iki ölkə arasında əməkdaşlıqdan əldə edilən nəticələr mövzusunda keçiriən iclasda müstəqilliyini bərpa etmiş gənc Azərbaycanın Birləşmiş Ştatlarla qlobal və regional təhlükəsizlik, enerji təhlükəsiziyi, iqtisadi inkişafa dair birgə maraqlar əsasında güclü tərəfdaşlıq münasibətlər qurduğu qeyd edilib. Müzakirələrdə Dövlət katibinin yardımçısı Erik Ruben, Atlantik şuranın Avrasaiya mərkəzinin direktoru səfir Ross Vilson, ABŞ Dövlət katibinin yardımçısının keçmiş müavini Deyvid Merkel, Azərbaycan Xarici İşlər nazirinin müavini səfir Hafiz Paşayev və ABŞ-ın Heritage Fondunun eksperti Ariyel Kohen çıxış ediblər. Natiqlər 20 il bundan əvvəl regionda sabitiliyin bərqərar olması və yeni müstəqil ölkələrin suverenliyinin qorunması qarşısında maneələrdən danışıb.

ABŞ-ın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti önə çəkən Erik Ruben ABŞ Dövlət katibi Hillari Klintonun 2010-cu ildə Azərbaycana səfəri zamanı dediklərini xatırlatdaraq, ”Birləşmiş Ştatlar və Azərbaycan arasında dərin, mühüm və davamlı münasibətlər mövcuddur”-deyə bildirib.

Amerikalı ekspertlər Azərbaycanın və ümumilkdə Qafqaz regionunun ABŞ xarici siyasətində xüsusi rolunu müzakirə ediblər. Ariyel Kohen və digər təhlilçilər ABŞ-ın regionda və eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynamasının əhəmiyyətini qeyd ediblər.

Səfir Hafiz Paşayev Azadlığa Müdafiə aktına ikitərəfli münasibətlərin qurulmasından öncə tətbiq edilən 907-ci əlavənin hələ də qüvvədə qalmasını iABŞ-Azərbacyanda əlaqələrinə təsir göstərdiyini deyib. O, Azərbaycanın beynəlxalq nüfuzunun artmasından danışaraq, ölkənin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini Azərbaycanın beynəlxalq miqyasda prestijinin artdığına dəlalət etdiyini bildirib.

Natiqlər eyni zamanda, regionda sabitiyin bərqərar olması qarşısında maneə yaradan faktorları qeyd edərək, İranın mübahisəli nüvə proqramı ətrafında beynəlxalq ictimaiyyətlə yaranmış gərginliyi və bölgədə əsas oyunçulardan biri olan Rusiyanın yeritdiyi siyasətin təhlilinə yer veriblər.

Müzakirələrdə Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunması və Avropanın enerji təhlükəsizliyinin strukturunun yaradılmasında rolu qeyd edilib.

Konfransın “ABŞ-Azərbaycan münasibətlərinin başlıca aspektləri:Xəzər hövzəsində enerji təhlükəsizliyi” mövzusunda keçən ikinci iclasının iştirakçıları əsas diqqəti Azərbaycanın qlobal enerji təchizatının təmin edilməsində rolu məsələsinə yönəldib. Müzakirələrdə Ceymstaun fondunun aparıcı təhlilçisi Vladimir Sokor, ARDNŞ-ın vits-prezidenti Elşad Nəsirov, Mili Təhlükəsizlik məsələləri üzrə ekspert Stiven Blank, BP-nin beynəlxalq məsələlər üzrə direktoru Qreq Sanders iştirak edib. Natiqlər dünyada enerjiyə tələbatın artdığı bir zaman ABŞ-ın Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı bir tərəfdaş ölkə kimi baxdığını qeyd edib.

Konfransın üçüncü iclası “Azərbaycanın misalında dözümlülük və mədəniyyətlərarası dialoqun təbliği” mövzusuna həsr edilib. Müzakirələrdən öncə Azərbaycanın dini icmalarının liderləri xeyir-dua verməyə dəvət edilib. Zaqafqaziya müsəlmanları idarəsinin başçısı Şeyxülsilam Allahşükür Paşazadə Azərbaycanın tolerant bir ölkə olduğunu qeyd edərək, Azərbaycanın təkcə öz enerji ehtiyatları deyil, öz mədəniyyəti və dözümlülüyü, birgəyaşayış prinsiplərini dünya ilə bölüşdüyünü deyib.

Hayfa universitetinin siyasi elmlər kafedrasının professoru Brenda Şaffer, Mərkəzi Asiya və Qafqaz insitutunun tədqiqatlar üzrə direktoru Svante Kornell, Azərbaycan parlamentinin deputatları Səməd Seyidov və Asim Mollazadə, Nyu-York ştatından keçmiş konqresmen Maykl Makmahon milli özünü tanıma prosesi, əksəriyyəti müsəlman olan Azərbaycanda din və dövlət arasında münasibətlər, mədəniyyətlərarası dialoqda Azərbaycanın rolu və yerindən danışdılar.

Vaşinqton konfransına qatılan ABŞ qanunvericiləri iki ölkə arasında dostluq münasibətlərinin birgə dəyərlər və maraqlara əsaslandığını qeyd edərək, Azərbaycanın ABŞ-a müharibə dövrü və anti-terrorla mübarizədə dəstəyinə yüksək qiymət verdiklərini bildiriblər. Bununla yanaşı, ABŞ konqresmenləri, keçmiş və hazırkı administiyanın nümayəndələrinin demokratiya və insan hüquqlarına hörmət edilməsinin əhəmiyyətini vurğulyaraq, ABŞ-ın Azərbaycanı inkişaf etmiş demokratik tərəfdaş ölkə kimi görmək istədiklərini qeyd ediblər.

Konfransın iclasları arasında nahar yeməyinə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri İleana Ross-Lehtinen, Nyu York ştatından senator Kristen Gilibrand, Missisipi ştatının keçmiş qubernatoru Heyli Harbor dəvət edilmişdir. Xanım Ross-Lehtinen Azərbaycana ABŞ-ın yaxın və etibarlı dostu olduğuna görə təşəkkürünü bildirib. Konfrans işini bitirdikdən sonra iştikraçılar və qonaqların şərəfinə ziyafət verilmişdir.

ABŞ və Azərbaycan arasında yüksək səviyyədə ilk konfrans Amerikalılar və avrasiyalıların şurası TCEA, ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN, Con Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz institutu tərəfindən təşkil edilib.