Mayın 8-də konqresmen Cerald Konolli (D-VA) (Gerald Connolly) ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna qoşulub. Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.
Cənab Konolli 2008-ci ildə Konqresə seçilib və Virciniya ştatının 11-ci seçki dairəsini təmsil edir. O, Konqresin Xarici Məsələlər və Nəzarət və Hökumət İslahatları Komitələrinin üzvüdür.
ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupu 2004-cü ildən fəaliyyət göstərir. Hazırda ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna qırxdan çox konqresmen daxildir.