BP, SOCAR və Total Trans-Adriatik Qaz Kəməri –TAP layihəsinə qoşulub

Trans Adriatik Boru Kəməri layihəsi

TAP kəmərinin tikintisinə 2015-ci ildə başlanacaq. Kəmərlə "Şahdəniz" qazının daşınması 2019-cu ilə planlaşdırılır
Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə tərəfdaşlar BP, SOCAR və Total bu gün Trans-Adriatik qaz kəməri (TAP) layihəsinə rəsmən qoşulublar. Bu haqda TAP konsorsiumu məlumat yaıb.

Konsorsium bəyan edir ki, layihədə həmçinin Avropada tanınmış qaz paylayıcı şirkət olan Fluxys (Belçika) də pay alıb.

Hazırda TAP konsorsiumunda səhmdarların payları belədir: BP (20%), SOCAR (20%), Statoil (20%), Fluxys (16%), Total (10%), E.ON (9%) və Axpo (5%).
TAP kəmərinin tikintisinə 2015-ci ildə başlanacaq. Kəmərlə "Şahdəniz" qazının daşınması 2019-cu ilə planlaşdırılır.