Suriya qüvvələri azı 11 adamı öldürüb (yenilənib)

  • Amerikanın səsi

Suriya qüvvələri azı 11 adamı öldürüb (yenilənib)

Suriya qoşunları prezident Bəşər əl-Əsədin hakimiyyəti tərk etməsini tələb edən müxalifət nümayişçilərinə atəş açıb. Fəallar və şahidlər Suriya qüvvələrinin ölkə boyu keçirilən hökumət əleyhinə nümayişlər zamanı azı 11 nəfəri öldürdükləri deyib.

Onlar nümayişçilərin Həma, Homs, Aleppo şəhərlərində və Dəməşq rayonunda öldürüldüklərini deyib. Bu gün səhər Suriya təhlükəsizlik qüvvələri kütləvi nümayişlərədən ehtiyatlanaraq reydlər həyata keçirməyə başlayıblar. İnsan hüquqları qrupları və fəallar deyiblər ki, tank və əsgərlərin Xan Şeykon şəhərinə hücumundan sonra bir qadın həlak olub.