Suriya qoşunları Deir əl-Zur şəhərində müxalif nümayişçilərə atəş açıb. Bu şəhər hökumət qüvvələri tərəfindən bir neçə gün mühasirədə qalmışdır. Fəallar və şahidlər Suriya qüvvələrinin azı bir məscidin həyətində toplaşan nümayişçilərə atəş açdığını deyib. Təlafat barədə dərhal məlumat olmayıb. Bu gün səhər Suriya təhlükəsizlik qüvvələri kütləvi nümayişlərdən ehtiyatlanaraq reydlər keçirməyə başlayıb. İnsan hüquqları qrupları və fəallar deyirlər ki, tank və əsgərlərin Xan Şeyxon şəhərinə hücumundan sonra bir qadın həlak olub.