Accessibility links

Suriyada Latakiya şəhərində hücum nəticəsində 22 adamın həlak olduğu bildirilir(YENİLƏNİB)


Suriyada Latakiya şəhərində hücum nəticəsində 22 adamın həlak olduğu bildirilir(YENİLƏNİB)
Suriyada Latakiya şəhərində hücum nəticəsində 22 adamın həlak olduğu bildirilir(YENİLƏNİB)

Suriya təhlükəsizlik qüvvələri liman şəhəri olan Latakiyada müxalifət hərəkatını susdurmaq cəhdlərini intensivləşdirib. Silahlı qüvvələr şəhərə quruda və dənizdən hücum həyata keçirib.

Fəalların bildirdiyinə görə, tankların şəhərə daxil olmasından bir gün sonra hərbi gəmilər şəhərin müxtəlif hissələrini pulemyotlardan atəşə tutub. Onlar iki gün sürən hücum zamanı təhlükəsizlik qüvvələri tərəfindən 22 nəfərin öldürüldüyünü bildirir. Hökumət qüvvələri əməliyyatı nümayişçilərin prezident Bəşar əl-Əsədin istefası tələbi ilə kütləvi yürüşündən sonra keçirir.

Suriya hökuməti Latakiyada baş verənləri müxtəlif şəkildə şərh edib. Bazar günü dövlətə məxsus SANA xəbər agentliyi təhlükəsizlik qüvvələrinin şəhər sakinlərini dəhşətə salan silahlı terrorçuları axtardığı haqda məlumat verib. Hökumət ölkədə insan tələfatı ilə nəticələnən iştişaşalara görə silahlı qruplar və terrorçuları günahlandırır. Bu arada, Suriyanın insan hüquqlarını monitorinq qrupu təhlükəsizlik qüvvələrinin Dəməşq ətrafında reydləri nəticəsində çox sayda insanın həbs alındığını bildirir.

Prezident Əsəd nümayişlərin dağıdılmasına görə beynəlxalq ictimaiyyət tərəfindən getdikcə daha çox qınanılır. Şənbə günü ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanının kralı Abdulla hökumətin nümayişçilərə qarşı zorakılıqlarına dərhal son qoyulmasına çağırıb.

.

XS
SM
MD
LG