Accessibility links

Suriyanın təhlükəsizlik qüvvələri Hama şəhərində reydlər keçirir


Suriyanın təhlükəsizlik qüvvələri Hama şəhərində reydlər keçirir
Suriyanın təhlükəsizlik qüvvələri Hama şəhərində reydlər keçirir

Suriyanın insan hüquqları müdafiəçiləri təhlükəsizlik qüvvələrinin tanklarla Hama şəhərində reydlər keçirdiyini bildirir. Əməliyyat Amerikanın Suriyaya qarşı sanksiyaları artırdığını elan etməsindən bir gün sonraya təsadüf edir. Sanksiyalar bank hesablarının dondurulması və biznes məhdudiyyətləri ilə yanaşı, xarici işlər naziri Valid Müəllim və prezidentin müşaviri Butaina Şaban və Suriyanın Livandakı səfiri Əli Əbdül Kərim Əliyə şamil edilir. ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bildirib ki, bu şəxslər prezident Bəşar Əl-Əsədin xalqına qarşı terror əməllərinin təbliğatçılarıdır. Suriya hökuməti isə iğtişaşlara görə cinayətkar qruplaşmaları və terrorçuları günahlandırır. Amnesty International bildirib ki, beş ay davam edən qarşıdurmalar zaman 10-u uşaq olmaqla, 88 adam həlak olub.

XS
SM
MD
LG