Sərhədsiz Reportyorlar Azərbaycanı Bəxtiyar Hacıyevi həbsdən azad etməyə çağırır

Sərhədsiz Reportyorlar Azərbaycanı Bəxtiyar Hacıyevi həbsdən azad etməyə çağırır

Bəxtiyar Hacıyev hərbi çağırışdan yayınmaqda ittiham edilərək 2,5 il müddətinə azadlıqdan məhrum olunub.

“Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı Azərbaycan hakimiyyətini bloger Bəxtiyar Hacıyevi azad etməyə çağırıb. Təşkilatın məlumatında deyilir ki, dekabrın 29-da Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev Bəxtiyar Hacıyevi şərti olaraq vaxtından əvvəl azadlığa buraxmaqdan imtina edib. Halbuki, onun cəza müddətinin üçdə bir hissəsi bitib.

Blogerin vəkili İntiqam Əliyev hesab edir ki, hakimin bu qərarının heç bir əsası yoxdur və siyasi xarakter daşıyır.

Məlumatda xatırladılır ki, Bəxtiyar Hacıyev hərbi çağırışdan yayınmaqda ittiham edilərək 2,5 il müddətinə azadlıqdan məhrum olunub. Təşkilat hesab edir ki, cənab Hacıyevin təqib olunmasının əsl səbəbi gəncləri 2010-cu ilin martında keçirilən virtual etiraz aksiyalarında iştiraka çağırması ilə bağlıdır.