Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə təkbətək görüşü gözlənilir
Avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib.
Avqustun 9-da Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla təkbətək formatda görüşü gözlənilir.
Görüş Ermənistan-Azərbaycan cəbhəsində insan itkisi ilə müşahidə edilən son gərginlik dövrünə təsadüf edir. Cəbhə xəttində gərginlik hələ də qalmaqdadır.