ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki avqustun 4-ü brifinq zamanı Ermənistan-Azərbaycan sərhəddi və Dağlıq Qarabağda təmas xəttində gərginliyin artması ilə bağlı açıqlama verib.
“Biz təmas xəttində tərəflər arasında iyulun 31-də böyük tələfatla nəticəlnmiş zorakılığın artması ilə bağlı dərin narathalığımızı ifadə edirik və həlak olanların ailələrinə baş sağlığı bildiririk, eləcə də tərəfləri gərginliyin azaldılması və atəşkəsə riayət etməyə çağırırıq”-deyə Cen Psaki bildirib.
Dövlət Derpartamentinin sözçüsünün bildirdiyinə görə, münaqişə hərbi yolla həll edilə bilməz və qarşıdurma və zorakılığın artması onun dinc yolla nizamlanması daha da çətinləşdirəcək. Cen Psaki ABŞ-ın Minsk qrupu prosesinə sadiq qaldığını və təfərlərə Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmağa kömək edəcəyini bəyan edib.