Accessibility links

ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə nümayəndəsi münaqişənin sülh yolu ilə həllinə çağırır


Joao Soares
Joao Soares

ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə nümayəndəsi Joao Soares Ermənistan-Azərbaycan sərhəddində təmas xəttində bu yaxınlarda ölümlə nəticələnmiş zorakılıqlarla əlaqədar dərin narahatlığını ifadə edib və tərəfləri münaqişənin sülh yolu ilə həlli işinə sadiq olduqlarını bir daha təsdiq etməyə çağırıb.

“Dağlıq Qarabağda təhlükəsizlik şəraitinin pisləşməsi və hazırkı gərginlik bir daha göstərir ki, 20 ildən çoxdur dondurulmuş bir münaqişəni dünya üçün məqbul sayıla bilməz. Bütün tərəflər xüsusilə vətəndaşlara qarşı zorakılıq və təhrikçi aktlardan çəkinməli və davamlı diplomatik həll yoluna sadiqlik göstərməlidir. Ermənistan və Azərbaycan prezidentləri bu həftə Soçidə buna başlamalıdır”-deyə Soares bildirib.

Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Soares bu yaxınlarda Bakıda Parlament Assambleyasının 2014-cü il illik sessiyasında Ermənistan nümayəndə heyətinin iştirakını qeyd edib və Ermənistan və Azərbaycan hökumətlər və cəmiyyətlər arasında parlamentlər və başqa səviyyələrdə əlaqələrə dəstək verməyə çağırıb.

ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə nümayəndəsinə Assambleyanın prezidenti tərəfindən regionda siyasi vəziyyəti izləmək və regionda birliyə təşviq etmək məqsədilə cəmiyyətlər, xüsusilə də parlamentlər səviyyəsində dialoq və etibar yaradılması işi həvalə edilib.

XS
SM
MD
LG