Accessibility links

 
Avropa Birliyi tərəfləri gücdən istifadədən çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə cəhdləri davam etdirməyə çağırır [Video]

Avropa Birliyi tərəfləri gücdən istifadədən çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə cəhdləri davam etdirməyə çağırır [Video]


Hərbi təlim
Hərbi təlim

Avropa Birliyi ATƏT-in Minsk qrupunun tam dəstəyi ilə sülhün əldə edilməsi üzrə səylərə töhfə verməyə hazırdır

Avropa Birliyi son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca insanların ölümünə səbəb olan silahlı insidentlərdən çox narahatdır.

Bu barədə Avropa Birliyinin Azərbaycandakı missiya ofisinin məlumatında deyilir.

"Biz hər iki tərəfi dərhal atəşkəs rejiminə riayət etməyə başlamağa, güc tətbiqindən və ya istənilən hədələrdən çəkinməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş səyləri davam etdirməyə çağırırıq" deyə məlumatda bildirilib.

AB xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanması üzrə səylərin aktivləşməsində iştirak etməyə və ATƏT-in Minsk qrupunun tam dəstəyi ilə sülhün əldə edilməsi üzrə səylərə töhfə verməyə hazırdır.

"Biz ATƏT-in Minsk qrupunun səylərinə və 3 həmsədrin işinə, xüsusilə 2013-cü il noyabrın 19-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında görüşdə razılaşdırıldığı kimi, ən yüksək səviyyədə danışıqları davam etdirməyin zəruriliyinə tam dəstəyimizi yenidən təsdiq edirik", bəyanatda vurğulanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG