Accessibility links

Rusiya prezidenti Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək


İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Bunu Rusiya xarici işlər naziri təsdiq edib

ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsi tərəflərinin nizamlanmanın siyasi prinsiplərini əks etdirən sənəd qəbul etməsi üçün az səy göstərmir. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İTAR-TASS agentliyinə müsahibəsində bildirib.

“Şübhəsiz, təmas xəttində (Dağlıq Qarabağda) baş verənlər narahatlıq doğurur, - deyə o qeyd edib.

“Tərəflər bir-birini təxribatlarda ittiham edir, əvvəllər də belə olub və təəssüf ki, uzun illərdir, biz vaxtaşırı qarşıdurmalar müşahidə edirik, amma bu dəfə bütün bunlar daha gərgin şəkildə qəbul edilir və qələmə verilir.

Çox insan tələf olub və biz digər ölkələr, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ və Fransa ilə birgə tərəfləri növbəti dəfə zorakılığa gətirib çıxara biləcək hər hansı addımlara yol verməmək üçün maksimum təmkinli olmağa çağırdıq”.

“Bu həftənin sonlarında Soçidə prezidentimizin Ermənistan prezidenti və daha sonra Azərbaycan prezidenti ilə ayrı-ayrı görüşləri planlaşdırılır və onlar hamısı eyni vaxtda eyni yerdə olduğu zaman, Dağlıq Qarabağ haqqında danışıqlarsız keçinmək olmaz”, Lavrov bildirib.

“Rusiya etimadın möhkəmləndirilməsi və qarşıdurma riskinin azaldılması üçün ATƏT-in Minsk qrupu adından tərəflərlə danışacaq”, Lavrov əlavə edib.

“Biz Minsk qrupunun həmsədrlərindən biri olan ölkə kimi, hələlik nizamlanmanın siyasi prinsiplərini əks etdirən sənədin imzalanmasına mane olan bir neçə məsələnin həllinə, tərəflərin onlar üçün qəbul edilən paket formalaşdırmasına kömək etmə üçün amerikalı və fransalı tərəfdaşlarımızla birlikdə az səy göstərmirik”.

“Bunu etmək asan deyil, bu günə qədər çox cəhdlər edilib və hər dəfə elə görünürdü ki, biz artıq razılıq əldə ediləcək mühüm mərhələyə yaxınlaşmışıq, amma nə isə mane olub. Buna görə proqnoz etməyəcəyəm”, Lavrov bildirib.

Mövzuya uyğun

XS
SM
MD
LG