ABŞ Dövlət Departamenti Azərbaycanı və Ermənistanı güc tətbiqindən və güc tətbiqi hədələrindən uzaq olmağa çağırıb.
Xatırladaq ki, son günlər Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs rejimi yüzlərlə dəfə pozulub. Tərəflər bir-birini ittiham ritorikasını davam etdirir.
“Biz hesabatları gördük və insanların həlak olmasına təəssüf edirik. Mövqeyimiz əvvəlki kimidir, güc tətbiqi münaqişənin həlli demək olmayacaq. Biz bütün tərəfləri güc tətbiqindən və ya güc tətbiqi təhlükəsindən uzaq olmağa çağırırıq”, deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Harf brifinqdə bildirib.
“ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq əvvəlki kimi “münaqişənin dinc yolla tənzimlənməsinə nail olmaq üçün tərəflərlə işə sadiqdir”, deyə o qeyd edib.
“Bu, şübhəsiz ki, bizim məqsədimizdir. Bilirik ki, bu, çətindir, amma biz bu istiqamətdə işləməyə davam edəcəyik”.
APA agentliyinin məlumatına görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter” mikronloqunda yazıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin daha çox siyasi iradə göstərməsinə ehtiyac var.
O, indiki status-kvonun qəbuledilməz olduğunu qeyd edib.
Yanvarın 24-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərin iştirakı ilə növbəti görüşü keçirilib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşdən sonra yaydığı bəyanatda regionda zorakılıq hallarının davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edib, son baş verən hadisələrin danışıqların və sülh perspektivlərini zərər gətirdiyini qeyd ediblər.
Onlar tərəfləri tam və qeyd-şərtsiz atəşkəs barəsində razılaşmanın şərtlərinə riayət
etməyə çağırıblar.
Həmsədrlər qarşıdakı həftələrdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşmək məqsədilə regiona səfər etməyi planlaşdırırlar.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, görüşdə Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan Elmar Məmmədyarov vurğulayıb ki,
Ermənistanın silahlı qüvvələri nə qədər tez Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa, münaqişənin bir o qədər qısa müddətdə beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq mümkündür.
Minsk qrupunun həmsədrləri ilə bir sıra məsələlər üzrə müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpası bu istiqamətdə aparılan danışıqların əsasını təşkil edir.