Accessibility links

Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək


Azərbaycan və Ermənistan xarici işlər nazirləri
Azərbaycan və Ermənistan xarici işlər nazirləri

Görüş Parisdə olacaq. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Parisə gedib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, yanvarın 23-də nazir Məmmədyarov Parisə gedib.

Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələr davam etdiriləcək.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter-dəki mikrobloqunda yazıb ki , fevral ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ola bilər.

“Fevralın 24-də Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq. Ümid edirəm ki, bu hadisə fevralda prezidentlərin görüşü ilə bağlı növbəti addım olacaq”, o qeyd edib.
XS
SM
MD
LG