Mərasimində İtaliyanın baş naziri, Böyük Britaniyanın xarici işlər naziri, Albaniya və Yunanıstanın hökumət nümayəndələri, Avropa İittifaqının enerji üzrə komissarı iştirak edəcək
Dekabrın 17-də Bakıda “Şahdəniz” qaz yatağının “Mərhələ 2” layihəsinin təsdiqi mərasimi keçiriləcək.
Turan agentliyinin məlumatına görə, imzalanma mərasimində İtaliyanın baş naziri, Böyük Britaniyanın xarici işlər naziri, Albaniya və Yunanıstanın hökumət nümayəndələri, Avropa İittifaqının enerji üzrə komissarı Ottinger, bir çox neft-qaz şirkətlərinin top menecerləri iştirak edəcək.
Xatırladaq ki, Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium sentyabrın 19-da Avropada Azərbaycan qazının alıcıları ilə müqavilələr imzalayıb. Qazın alışı üzrə müqavilələr 25 ilə hesablanıb.
“Şahdəniz” yatağının (“Şahdəniz-2″ layihəsi) işlənməsinin ikinci mərhələsində qazın alışına dair müqavilələr Bakıda Shell, Bulgar gas, Gas Natural Fenosa, E.ON, Gaz de France, DEPA, Hera, Enel və Aspo şirkətləri ilə imzalanıb.
“Şahdəniz-2″ layihəsi çərçivəsində hasil ediləcək qaz iyunun sonunda Azərbaycan qazının Avropa bazarlarına nəqli marşrutu qismində seçilmiş “Trans-Adriatik” boru kəməri (TAP) layihəsi üçün əsas mənbədir.
TAP layihəsi qazın Xəzər regionundan Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, sonra Qərbi Avropaya nəql edilməsinə hesablanıb.
TAP boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr qaz təşkil edəcək.
Hazırda TAP-da pay bölgüsü aşağıdakı kimidir: BP (20 faiz), ARDNŞ (20 faiz), “Statoil” (20 faiz), “Fluxys” (16 faiz), “Total” (10 faiz), E.ON (9 faiz) və “Axpo” (5 faiz).
TAP-ın tikintisinə 2015-ci ildə başlanılması gözlənilir.
“Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.
“Şahdəniz-2″ layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2018-ci ildə gözlənilir.