Ziyalılar Forumunun təsisçilərindən Rüstəm İbrahimbəyov Milli Şura ilə bağlı məqalə yazıb.
Ziyalılar Forumunun bu yaxınlarda dərc edilmiş bəyanatı ölkədə baş verən həyəcanlı hadisələrlə bağlı geniş ictimaiyyətin fikrini ifadə edir.
Görünür, rejimin artmaqda olan aqressivliyi qarşıdakı prezident seçkiləri ilə bağlıdır. Hakimiyyət demokratik qüvvələrin seçkilərə konsolidasiya olunmuş şəkildə getmək cəhdlərinin qarşısını hər vəchlə almağa çalışır. Demokratik qüvvələrin Milli Şura yaratması ölkə rəhbərliyini daha çox əsəbiləşdirir. Şuraya aparıcı demokratik partiyaların və hərəkatların, hüquq-müdafiə təşkilatlarının nümayəndələri, görkəmli ictimai xadimlər daxil olacaq. Bu birləşdirici orqanın effektiv işi seçicilərin vətəndaş fəallığına təsir göstərə və seçkilərdə hakimiyyətin manipulyasıyasına əngəl törədə bilər.
Milli Şuranın məqsədi, vəzifələri, fəaliyyət proqramı Şura tərəfindən müəyyən ediləcək. Lakin onun özəyində dayananların bir çoxu hesab edir ki, Şuranın əsas məqsədi ölkəni avtoritarizmdən demokratiyaya keçirmək üçün fəaliyyətin koordinasiyasıdır. Bu, yalnız prezident seçkilərində ümumi cəbhədən çıxış etməyi və demokratik qüvvələrin vahid namizədinin qələbəsini təmin etməyi yox, həm də demokratik cəmiyyətin əsasları kimi sonrakı mühüm addımların atılmasını nəzərdə tutur: ölkənin yenilənmiş Konstitusiyasının hazırlanması və qəbulu, bu, hakimiyyətin qolları arasında balans prinsipinə əməl olunmasına zəmanət verərdi; məhkəmə sisteminin müstəqilliyi; prezident səlahiyyətlərinin yeni bölgüsü; şəhər meri seçkili vəzifələrinin və şəhər bələdiyyə şuralarının tətbiqi ilə yerli özünüidarə orqanlarının səlahiyyətlərinin və statusunun genişləndirilməsi; yeni vaxtından əvvəl prezident seçkilərinin keçirilməsi və s.
Buna uyğun olaraq Milli Şura lazım bilərsə, seçkidən sonrakı dövrdə yeni parlament işə başlayana qədər yeni seçilmiş prezident yanında kollegial idarəetmə orqanına çevrilə bilər.
Keçid dövrü prezidentinin səlahiyyətləri yeni, vaxtından əvvəl prezident seçkiləri keçirilənə qədər iki illə məhdudlaşdırılacaq.
Əlbəttə, bütün təkliflər ilkin niyyət xarakteri daşıyır və Milli Şura öz fəaliyyəti və onun konkret istiqamətlərinin prioritetləri ilə bağlı qərarları özü qəbul edəcək.
Hakimiyyət hələ də ümid edir ki, əvvəlki illərdə olduğu kimi, seçkilərdə maxinasiyaların köməyilə öz idarəçiliyini uzada biləcək. Hesab edir ki, ədalətə ümidini itirən xalq bu dəfə də susacaq, xaricdəki korrupsiyaya uğramış nüfuzlu ali dairələrlə razılığa gəlmək mümkün olacaq.Lakin vətəndaş fəallığı gün-gündən artır, artıq rejimin cinayətkar aqressivliyi az adamı qorxudur. Dünya ictimaiyyəti ölkədə baş verənlər barədə kifayət qədər yaxşı məlumatlıdır və ölkənin ictimai-siyasi həyatında demokratikləşmənin vacibliyini başa düşür.
Bununla yanaşı məlumdur ki, ölkəni ciddi sınaqlar gözləyir. Misir, Suriya və digər dövlətlərin təcrübəsi göstərir ki, diktatura hakimiyyəti saxlamaq üçün hər şeyə əl atırlar. Lakin bu il az-çox ədalətli seçkilərə nail olmaq və rejimlə qanlı qarşıdurmadan qaçmaq üçün bizim xalqın gücü və inadı kifayət qədərdir. Bunda mühüm rolu Milli Şura oynayacaq və oynamalıdır.
Hazırda Milli Şuranın personal heyətinin formalaşdırılması prinsipləri barədə razılıq əldə olunub, tanınmış ictimai və siyasi xadimlərlə danışıqlar aparılır. Çox güman ki, aprelin sonlarında -mayın əvvəllərində Milli Şuranın tərkibi ölkənin aparıcı partiyaları və hərəkatları tərəfindən təsdiqlənəcək və öz işinə başlayacaq.