Accessibility links

Rüstəm İbrahimbəyov: Məndən şübhələnənlərə


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov

“Əlbəttə, hər bir xalq ona rəhbərlik edənlərin hərəkətlərinə görə məsuliyyət daşıyır. Əminəm ki, tez və ya gec Ermənistan əhalisi ölkə hakimiyyətinə gələnlərin törətdiklərinə lazımi qiyməti verəcək. Biz də ölkəmizdə baş verənlərlə barışmamalıyıq”

Hökümətyönlü mətbuatda tanınmış dramaturq Rüstəm İbrahimbəyovun ünvanına səslənən ittihamlarla əlaqədar Contact.az saytı ona müraciət edərək vəziyyətə və guya “Qarabağ ermənilərin torpağıdır və ya oranı onlara vermək lazımdır” deyib-deməməsinə aydınlıq gətirməsini xahiş edib.

Rüstəm bəy xahişimizə cavab olaraq aşağldakıları deyib:

Ermənistanın Azərbaycanın dövlət sərhədləri daxilində ərazini işğal etməsi ölkə vətəndaşlarının haqlı qəzəbinə və hiddətinə səbəb olan cinayətdir.
Artıq uzun illərdir ki, mənim Qarabağ münaqişəsinə münasibətim dəyişməzdir.

Hesab edirəm ki,

- Ermənistanın Azərbaycanın dövlət sərhədləri daxilində ərazini işğal etməsi beynəlxalq birliyin qəti mühakiməsini tələb edən, ölkə vətəndaşlarının haqlı qəzəbinə və hiddətinə səbəb olan cinayətdir;

- hər bir azərbaycanlının borcu işğal olunmuş torpaqların qaytarılması üçün əlindən gələni etməkdir;

- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə gətirib çıxaran əsl səbəblər olduqca mürəkkəb və çox dərindir və onların açıq müzakirəsi məsələnin dinc yolla həllinə xidmət edərdi;

- torpaqların azad edilməsi ilə bağlı Azərbaycan rəhbərliyinin fəaliyyəti kifayət qədər effektiv deyil, onun həyata keçirdiyi daxili siyasət isə bu problemin həlinə xidmət etmir;

Torpaqların azad edilməsi ilə bağlı Azərbaycan rəhbərliyinin fəaliyyəti kifayət qədər effektiv deyil.
- odur ki, vətəndaş diplomatiyası, yəni, Azərbaycan və Ermənistan vətəndaşları arasında geniş əlaqələr Qarabağ probleminin daha effektiv həllinə nail olmaqdan ötrü iki xalqın səylərini birləşdirərdi, nəinki 20 il ərzində heç bir nəticə verməyən düşmənçilik siyasəti.

Mən dəfələrlə bəyan etmişəm ki, erməni xalqı Ermənistan rəhbərliyi, onun millətçi dairələri tərəfindən başlanmış da müharibənin qurbanıdır.

Əminəm ki, 20-21-ci əsrlərdə ərazi münaqişələrinin həllinə istənilən cəhdlər kimi Ermənistanın təcavüzkar hərəkətləri bəşəriyyətə qarşı cinayətdir, çünki bizim dövrümüzdə istənilən hərbi münaqişə nəticəsi öncədən bilinməyən fəlakətdir.

Ümid edirəm ki, ölkəmizdə gələcək demokratik islahatlar işğal edilmiş torpaqların azad olunmasına xidmət edəcək.
Ümid edirəm ki, ölkəmizdə gələcək demokratik islahatlar işğal edilmiş torpaqların azad olunmasına xidmət edəcək. Lakin təkrar edirəm: torpaqlar əhali ilə birlikdə qayıdır. Hansı millətdən olursa olsun, Qarabağ sakinləri de-yure Azərbaycan vətəndaşlarıdır. Beynəlxalq birlik əmin olmalıdır ki, onların təhlükəsizliyi və bərabər hüquqları təmin olunacaq. Belə sadə şeyləri anlamaq üçün böyük siyasətçi olmaq lazım deyil.

Ermənistan-Azərbaycan münasibətlərini uzun tarixi var. Bütün hallarda, bizim maraqlarımızın müdafiəsinə zərurət yarananda və nəyinsə məndən asılı olduğu zamanda mən zəruri hərəkətləri etmişəm. Mən Qarabağ münaqişəsini faktiki
Çoxdan hərəkət etmək vaxtıdır, öz xalqını aqressiv şüarlarla aldatmaq yox!
donduraraq ondan milyonlar qazananlardan, öz fəaliyyətsizliyini hərbi ritorika ilə ört-basdır edənlərdən daha çox vətənpərvərəm. Çoxdan hərəkət etmək vaxtıdır, öz xalqını aqressiv şüarlarla aldatmaq yox!

Rejimin züy tutanları mətbuatda ölkənin beynəlxalq imicinə ciddi zərbə vurur, onun barəsində qaniçən-aqressiv obraz yaradır. Dünya xalqları arasında ən tolerant xalqlardan biri azərbaycanlılardır, dövlət təbliğat maşının səriştəsiz, primitiv hərəkətləri daha aqressiv görünməyə başlayır, nəinki qonşularımız.

Əlbəttə, hər bir xalq ona rəhbərlik edənlərin hərəkətlərinə görə məsuliyyət daşıyır.
Əlbəttə, hər bir xalq ona rəhbərlik edənlərin hərəkətlərinə görə məsuliyyət daşıyır.
Əminəm ki, tez və ya gec Ermənistan əhalisi ölkə hakimiyyətinə gələnlərin törətdiklərinə lazımi qiyməti verəcək. Lakin biz də əgər Qarabağı qaytarmaq istəyiriksə, ölkəmizdə baş verənlərlə barışmamalıyıq.
XS
SM
MD
LG