Accessibility links

Vergilər Nazirliyi cinayət işi qaldırıb, Rüstəm İbrahimbəyov susmayacaq


Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Vergilər Nazirliyi Kinematoqrafçılar İttifaqını 2009-cu ildə keçirdiyi festivalda vergi ödəməmkdə günahlandırır, İttifaq isə iddianı siyasi hesab edir

Vergilər Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə bağlı açılmış cinayət işi haqqında rəsmi məlumat yayıb.

Nazirliyin Analitik-informasiya şöbəsindən APA-ya bildirilib ki, “Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqında 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövr əhatə edilməklə 20.11.2012-ci ildə növbəti səyyar vergi yoxlaması başlanılıb. Yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla xeyli miqdar təşkil edən 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanaraq, fakt üzrə 27.12.2012-ci il tarixdə

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq zamanı Departamentin İstintaq idarəsində toplanmış materiallara əsasən müəyyən edilmişdir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 330000,00 manat pul vəsaitindən 267130,00 manatı nəğd qaydada kinofestivalın xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxlərə verilmişdir. İstintaqın gedişində ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi araşdırılarkən müəyyən olunmuşdur ki, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22000,00 manat məbləğində pul vəsaiti talanıb.

Toplanmış materiallarla fakt təsdiq edildiyindən Kinematoqrafçılar İttifaqının rəhbərliyi tərəfindən festivalın keçirilməsi üzrə ictimai əsaslarla səlahiyyətli nümayəndə təyin olunmuş Əfəndiyevaya Lalə Kamil qızına Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub. Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir”.
Öz növbəsində Rüstəm İbrahimbəyov Amerikanın Səsinə müsahibəsində bildirib ki, vaxtilə Maliyyə və Vergilər nazirlikləri bütün sənədləri yoxlayıb və hər şeyin qaydasında olması barədə akt var.

Rüstəm İbrahimbəyov vergi yoxlamalarını siyasi sifariş adlandırıb. “Iqtidar mənim susmağımı istəyir. Lakni mən susan deyiləm. Çünki ölkədə ciddi islahatlara ehtiyac var”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG