İranda 30-a yaxın azərbaycanlı fəala həbs. şallaqlanma cəzaları verilib.

Razor wire fence

Daha əvvəl də xəbər verdiyimiz kimi Təbrizin 104 nümrəli məhkəməsi həbsdəki yüzdən çox azərbaycanlının hamısın bir yerdə və bir ittihamla mühakimə etmək istəyirdi amma məhkəmə zalında yer olmamasından dolayı onları bir neçə qurup halında və 4-5 saat ərzində mühakimə etdilər. Bu sayları və vaxtı nəzərə alıb hesablayanda rəqəmlər göstərir ki, hakim, hər adamın mühakiməsi üçün 3 dəqiqə vaxt sərf edib.

İranın İnsan hüquqları uğrunda xəbər agentliyi HRANA bildirib ki, Təbriz adliyyəsi (dadgustərisi) mühakimə olam 128 siyasi və mədəni fəal haqqında hökm çıxartdı. Bu hükmə əsasən 25 siyasi və mədəni fəal həbs cəzasına və qamçı vurulmağa məhkum oldular.

Yaşıl Hərəkatın liderlərindən Mehdi Kərrubiyə bağlı olan “Saham News” vebsaytı da yazır ki, Şərqi Azərbaycanın ədliyyəsi bu ilin etiraz nümayışlərində iştirak edən 25 azərbaycanlını həbs və şallaq (qamçı) cəzasına məhkum etdi.

Azərbaycan Respublikasının “Media forum” sayt isə xəbər verir ki, Təbriz məhkəməsi 25 azərbaycanlı fəalı 1945-ci ildə Seyid Cəfər Pişəvərinin başçılığı ilə Güney Azərbaycanda qurulmuş Azərbaycan milli hökumətinin ildönümü ilə bağlı keçirilən mərasimlərə qatıldığına görə cəzalandırıb.

Təbrizin 104 nömrəli məkhəməsinin hakimininin hökmü ilə beş fəal Məsud Cəlilzadə, Möhsün Gülüstani, Səid İbrahimzadə, Məhəmməd Əhmədi və Pərviz Səidiyanın hə biribi 1 ill həbs və 70 şallaq cəzasına məhkum edilib.

Kəyumərs Qurbani Niknam, Şəhriyar Kəbiri İsgəndəri, Behnam Fəthi, Urman Zahidi Təbrizi, Əli Şahid, Həmid Əndaz, Nəcəf Xəndani, Siyamək kündürudi, Kavə Rüstəmpur və Mehdi Məhəmmədpur da 6 ay həbsə və 40 şallaq zərbəsinə məhkum olunub.

Digər fəallardan Bəhram Xudayari, Tağı Mövəyi, Hamid Şahbazi, Vəhid Qulampuri Gülzari, Əli Məhəmmədi Ağbulaq, Adil Danapur, Əmir Buzəri, Bəhram Fəravani, Əlirza Nəqşi və Allahverdi Qurbani 91 gün müddətinə azadlıqdan məhrum etmə və 30 şallaq zərbəsi ilə cəzalandırılıb.

Güney Azərbaycan Xəbər Mərkəzi mühakimə olan azərbaycanlıların sayının 112 nəfər və HRANA isə 126 nəfər olduğunu deyir. HRANA öz idiasının təsdiqi kimi 85 nəfərin adını əhatə edən siyahı açıqlayıb. Güney Azərbaycan Xəbər Mərkəzi vebsiytı iddia edir ki mühakimə olam 112 Azərbaycanlının 55-i bəraət qazanıb. Bu xəbərə dayanaraq, demək olar ki 57 fəal məhkum olublar amma onların yuxarıda adları çəkilənlərdən başqalarının hökmü hələ bildirilməyib.

Daha əvvəl də xəbər verdiyimiz kimi Təbrizin 104 nümrəli məhkəməsi həbsdəki yüzdən çox azərbaycanlının hamısın bir yerdə və bir ittihamla mühakimə etmək istəyirdi amma məhkəmə zalında yer olmamasından dolayı onları bir neçə qurup halında və 4-5 saat ərzində mühakimə etdilər. Bu sayları və vaxtı nəzərə alıb hesablayanda rəqəmlər göstərir ki, hakim, Şukuhitazə hər adamın mühakiməsi üçün 3 dəqiqə vaxt sərf edib.

İranda müxalifətçiləri və onlarla azərbaycanlı fəalları məhkəmədə təmsil etmiş vəkil Nağı Mahmudi, özünün də həbs olunacağını, ETTELAAT-ın onu axtardığını öyrənən də tələsik şəkildə İranı tərketmiş Türkiyəyə keçmişdi. İndilik Türkiyədə yaşayan Nağı Mahmudinin Amerikanın səsinə bildirdiyinə görə həmin adamların içində doqquz azyaşlı olanlar varıdı ki onların işi Uşaq Məhkəməsinə təhvil verilib. O, iddia edir ki, uşaqların ikisinə, həbs zamanı təcavüz olub.

Bu fəalların siyahısına Urmu Gölünə su gətirmək layihəsinin İran parlamentində rəd olunmasından sonra başverən etiraz numayişlərində və habelə Traktor komandası (timi) ilə Fars əyalətlərinin timləri arasında olan müsabiqələrdən sonra tutulanlar da daxildir.

Bu arada Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan, Təbriz Universitetinin tələbəsi Mehrdad Kərəmi də tutulub. Zəncanlı fəal Mehrdad Kərəmini dekabrın 24-də Təbriz Universitetində tutub zorla maşına mindirdikdən sonra bilinməz istiqamətə aparıblar. Mehrdad Kərəminin konkret nədə günahlandırıldığı hələlik bilinmir.