Raket sınağı və nüvə proqramı haqda yeni inkişaflar haqda açıqlamasından bir gün sonra İran müvəffəqiyyətlə qanadlı raketi sınaqdan keçirdiyini bildirir. Dövlət mediası yer-dəniz tipli raketin hərbi donanma təlimlərinin sonuncu günündə sınaqdan keçirildiyini xəbər verib.
İran yeni ilin ilk günündə strateji Hörmüz Boğazı yaxınlığında yer-hava tipli raketi sınaqdan keçirdiyini xəbər vermişdi. Dövlət mediası raketin radarlardan yayınmaq imkanına malik olan texnologiya ilə təchiz olunduğunu bildirib.
Bu sınaqlar İranın on günlük hərbi donanma təlimlərinin tərkib hissəsidir.
İran televiziyası həmçinin İslam Respublikasının atom elektrik stansiyasında istifadə olunmaq üçün yanacaq naqilləri istehsal etdiyini və uğurla sınaqdan keçirdiyini xəbər verir. Təbii uran maddəsinə malik naqillər İranda istehsal olunub və onlar Tehrandakı nüvə reaktorunun özəyinə yerləşdiriləcək. Tehran Times qəzeti yanacaq naqillərinin istehsalını "böyük nailiyyət" adlandıraraq bunun "Qərbi çaş-baş salacağını" yazıb.