Accessibility links

İran universitetlərində Azərbaycan dili tədris edilə bilər


İran universitetlərində Azərbaycan dili tədris edilə bilər
İran universitetlərində Azərbaycan dili tədris edilə bilər

Tədris yalnız İran Ali Mədəniyyət Şurasının layihəsi çərçivəsində həyata keçirilə bilər.

İran universitetlərində təhsil müddətində 1 semestr Azərbaycan dili dərsləri tədris edilə bilər.
APA Agentliyinin məlumatına görə, bu barədə İran Ali Mədəniyyət Şurasının sədri Məhəmmədrza Moxber Dezfuli bildirib. Onun sözlərinə görə, İran universitetlərində 4 ay Azərbaycan dilinin tədris edilməsi mümkündür. Dərslərdə iştirak könüllü olacaq: “Tədris yalnız İran Ali Mədəniyyət Şurasının layihəsi çərçivəsində həyata keçirilə bilər. Dərslərə Fars dili və Ədəbiyyatı Mədəniyyət Mərkəzi də nəzarət etməlidir”.
Qeyd edək ki, İran Ali Mədəniyyət Şurası 2009-cu ildə universitetlərdə qeyri-fars dilinin tədrisi ilə bağlı layihə hazırlayıb. Azərbaycan, kürd, türkmən və bəluc dillərinin tədrisi üçün nəzərdə tutulan layihə hər seçkiqabağı gündəmə gətirilib müzakirə edilsə də, indiyədək həyata keçirilməyib.

XS
SM
MD
LG