İranda islahatçı jurnalist Fərşad Qurbanpur həbs edilib. Jurnalist bir neçə gün əvvəl həbs edilsə də, xəbər yenicə yayılıb.
“Media forum” saytının məlumatına görə, ETTELAAT əməkdaşları Fərşad Quranpuru dekabrın 1-də qaldığı evində tutub aparıblar. Sonradan o, evinə zəng vuraraq Tehranın Evin zindanının 350-ci korpusunda saxlandığını bildirib.
Bir neçə islahatçı qəzetlə əməkdaşlıq edən jurnalist ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşuna qarşı təbliğat aparmaqda və xaricdəki bəzi müxalif saytlarla əməkdaşlıq etməkdə günahlandırılır.