Avroa Birliyinin nazirləri İranın mübahisəli nüvə proqramına görə bu ölkəyə qarşı iqtisadi təzyiqləri artırmağa başlayıb. Bu gün Brüsseldə keçirilən yığıncaq zamanı nazirlər İranda bəzi şəxslər və biznesləri hədəf alan sanksiyaları genişləndirmək qərarına gəliblər. Onlar eləcə də gələcəkdə İranın nəqliyyat və enerji sektoruna qarşı da qərarlar qəbul etmək barədə razılığa gəliblər. Diplomatların dediyinə görə, bu yeni sanksiyalardan İranın 180 rəsmisi və şirkəti təsir görəcək. Avropa Birliyi İranı Britaniyanın Tehrandakı iki diplomatik idarəsinə hücuma görə də qınayıb.