Accessibility links

İsveçrə İrana qarşı sanksiyaları gücləndirib


İsveçrə İrana qarşı sanksiyaları gücləndirib
İsveçrə İrana qarşı sanksiyaları gücləndirib

Sanksiyaların tətbiq edildiyi təşkilat və şəxslərin siyahısında 111 şirkətin, o cümlədən İran xarici işlər naziri Əli Əkbər Salehinin adı var.

İsveçrə hakimiyyəti İrana qarşı sanksiyaları gücləndirib. “Media forum” saytı xəbər verir ki, iqtisadi sanksiyaların tətbiq edildiyi təşkilat və şəxslərin siyahısında 111 şirkətin, 5 nəfərin, o cümlədən İran xarici işlər naziri Əli Əkbər Salehinin və İranın Atom Enerjisi Təşkilatının bir neçə nümayəndəsinin adı var.

Sanksiyalar əsasən iki təyinatlı malların, həmçinin nüvə silahının yayılması baxımından riskli hesab edilən avadanlıqların, texnologiyaların və proqram təminatının göndərilməsinə, əldə olunmasına qadağanı nəzərdə tutur.

Sanksiyalar fiziki və hüquqi şəxslərin vəsaitlərinin dondurulmasını da nəzərdə tutur.

XS
SM
MD
LG