İranın nüvə proqramı ilə bağlı Britaniyanın bu ölkəyə qarşı yeni iqtisadi sanksiyalar tətbiq etdiyinə görə, etirazçılar Tehrandakı Britaniya səfirliyinə hücum edib. Səfirliyə hücum edənlər sənədləri dağıtmış, binanı daşa basaraq pəncərələri sındırmış və Britaniya bayrağını çıxarıb təhkir edərək yerinə İran bayrağı asmışlar.
Hadisə zamanı səfrilikdən Britaniya şahzadəsi Yelizavetanın portreti də oğurlanıb və "Britaniyaya ölüm" şüarları səsləndirlilb və səfirliyin bir maşını yandırılıb. Britaniyanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı ciddi narazılığını bildirib, İran rəsmilərini beynəlxalq qanunlar əsasında Britanianın diplomatik binalarının mühafizəsi üçün təcili tədbirlər görməyə çağırıb. Nazirlik bu ölkədəki vətəndaşlarına mümkün qədər diqqət cəlb etməmək və küçəyə çıxmamaq barədə xəbərdarlıq edib.
Birləşmiş Ştatlar və Fransa hücumu məhkum edib. Ağ Ev İranı hücumu həyata keçirənləri cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.
İran polisi isə bildirib ki, Tehranın şimalında yerləşən və səfirliyə məxsus başqa bir binada səfirliyin altı işçisini etirazçılardan xilas edib. Nümayişçilər hələ də bu binanı öz nəzarətlərində saxlayırlar. İran mediası əvvəlcə polisin onları səfirlik binasından çıxartdığını ancaq nümayişçilərin səfirliyə ilk hücum zamanı nəzarət altına alınanlar polis tərəfindən azadlığa buraxılana qədər binadan ayrılmayacaqlarını bildirdikləri barədə xəbər yayıb.
Keçən həftə Britaniya Birləşmiş Ştatlar və Kanada ilə əlaqələndirilmiş şəkildə tətbiq edilən sanksiyaların bir hissəsi kimi Mərkəzi Bank da daxil edilməklə, İrandakı banklarla biznes əlaqələrini kesmişdi. Bu tədbirlər İranın nüvə proqramı ilə əlaqədar davam edən ölçülərin bir hissəsidir.