Accessibility links

İranda 37 azərbaycanlı fəal məhkum edilib


İranda 37 azərbaycanlı fəal məhkum edilib
İranda 37 azərbaycanlı fəal məhkum edilib

Təbriz məhkəməsi fəalları ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və ictimai asayişi pozmaqda günahlandırıb.

Urmiya gölünün qurumasına etiraz bildirdiyinə görə həbsə salınan 37 azərbaycanlı fəal azadlıqdan məhrumetmə və şallaq zərbələri cəzalarına məhkum edilib.

“Media forum” saytının məlumatına görə, Təbriz məhkəməsi Urmiya gölünün qurumasına dinc etiraz bildirdiyinə görə ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və ictimai asayişi pozmaqda günahlandırılan 37 azərbaycanlı fəalın hər birini 6 ay müddətinə həbsə və 30 şallaq zərbəsinə məhkum edib.

Həbs və şallaq zərbəsinə məhkum olunmuş azərbaycanlı fəallar bunlardır: Behcət Fəramərzi, Cəfər Purbayeqi, Mehrdad Ağapur, Nasir Əbdi, Məhyar Qurbani, Peyman Atəş Binab, Məsud Peydai, Sabir Əhmədi, Məhəmməd İsmaili, Əlirza Hüseynzadə, Nurəddin Zarepur, Nadir Ameri Sehrəqi, Əbülfəzl Bəxşpur, Ramin Qolipur, Hamid Niknam Purəlilu, Əli Əsgər Muxtarpur, Əli Cəbrayılzadə, Cavad Eyvəzi, Əli Rafe Əyyubi, Məhəmməd Əsədi, Rza Şiri, Hüseyn Müqtədir Ehsani, Məhəmməd Çinari, Muctaba Səbbağ Atefi, Vəhid Bərzigəri, Seyid Murtuza Musəvi, Rza Bordbar Camalabadi, Fərruz Tağılu, Tövhid Aslani, Saman Cahanpur, Həmid Qasımi, Səttar Əhmədifər, Möhsün Əlişahi, Pedram Əsgəri Dəvadgər, Hamid Daneşpur Zənadabadi, Əlirza Əzhəri, Kəyumərs Qurbani.

XS
SM
MD
LG