Prezident Obama Azərbaycanda səfir vəzifəsinə Riçard Morninqstarın namizədliyini irəli sürüb

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Konqresin namizədliyini təsdiqləməməsi səbəbindən 2012-ci ilin yanvarında geri çağırılıb.

Prezident Barak Obama ABŞ dövlət katibinin Avrasiya nerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın Azərbaycana səfir postuna namizədliyini təsdiqlənmək üçün Konqresə göndərib.

Səfir Morninqstar president Bill Klinton administrasiyasında və hazırda ABŞ-ın Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi nümayəndəsidir. Əvvəllər ABŞ-ın Avropa İttifaqındakı səfiri olub.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Konqresin namizədliyini təsdiqləməməsi səbəbindən 2012-ci ilin yanvarında geri çağırılıb.