Accessibility links

Amerikanın Azərbaycandakı səfiri iftar süfrəsi açıb


Amerikanın Azərbaycandakı səfiri iftar süfrəsi açıb
Amerikanın Azərbaycandakı səfiri iftar süfrəsi açıb

Səfir Brayza Qədr gecəsinin ailəsi və səfirlik heyəti üçün önəmli olduğunu deyib

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza iqamətgahında iftar süfrəsi açıb. Mərasimə Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev, həmçinin Azərbaycandakı xristian və yəhudi dini icmalarının rəhbərləri, deputatlar, ictimai xadimlər, müxtəlif ölkələrin Azərbaycandakı səfirləri qatılıb.

Səfir Metyu Brayza müqəddəs Ramazan ayında iftar süfrəsinə ev sahibliyi etdiyindən şərəf duyduğunu deyib. “Qurani-Kərimdə deyilir ki, bu gecə başqa çoxsaylı gecələrdən daha önəmlidir. Çünki, bu gecə mələklər yerə enir və insanların dualarını eşidir. Qədr gecəsi mənim ailəm və səfirlik heyəti üçün önəmli gecələrdən biridir”.
Hacı Salman Musayev isə iftar duası oxuyub. “Allahdan bütün dünya xalqlarına sülh və əmin-amanlıq diləyirəm. Allahdan Azərbaycan xalqına suverenliyinin bərpasını və Qarabağda qələbə çalmasını diləyirəm”, - deyə o qeyd edib.

XS
SM
MD
LG