Prezident Əliyev əfv sərəncamı imzalayıb

Əfv edilənlər arasında iki nəfər müxalifətçi də var

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Əfv 61 nəfəri əhatə edib. 55 nəfər məhkum cəzanın çəkilməmiş hissəsindən, 6 nəfər isə cərimə cəzasına məhkum edilmiş şəxs cəzadan azad edilib.

Prezidentin sərəncamı Novruz bayramı ərəfəsinə təsadüf edir. Əfv edilənlər arasında 2 nəfər müxalifətçi, beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınan Ruslan Bəşirli və Elnur İsrafilov da var.

“Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirli 2005-ci il parlament seçkiləri dövründə, Elnur İsrafilov isə İctimai Palatanın 2011-ci ildə keçirdiyi 2 aprel etiraz aksiyasından sonra həbs edilib.