Accessibility links

Azərbaycan prezidenti 96 məhkumu əfv edib


Azərbaycan prezidenti 96 məhbusun əfv edilməsi ilə bağlı fərman imzalayıb. Əfv olunanların arasında yalnız Avropa Şurası tərəfindən siyasi məhbus kimi tanınan 2 nəfər var. Bunlar keçmiş milli qəhrəman Rasim Əkbərov və Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin qardaşı oğlu Bayram Quliyev var. Bir nəfər isə sabiq səhiyyə naziri Əlı İnsanovun içi üzrə həbs edilmiş Aleksandr Umnyaşkindir.

Həbsdə olan jurnalistlər, qeyri-hökumət təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan azı 31 nəfər və Avropa Şurası tərəfindən xəstəliyi ilə bağlı qeyri-şərtsiz azadlığa buraxılması istənilən insanlar əfv edilməyib.

Hüquq-müdafiəçisi Murad Sadəddinov "Amerikanın səsi" radiosuna əfv fərmanının ölkədə siyasi məhbus problemini həll etmədiyini deyib. Onun sözlərinə görə, həbsdə olan jurnalistlər, qeyri-hökumət təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan azı 31 nəfər və Avropa Şurası tərəfindən xəstəliyi ilə bağlı qeyri-şərtsiz azadlığa buraxılması istənilən insanlar əfv edilməyib.

XS
SM
MD
LG