Accessibility links

Azərbaycanda 99 məhbus əfv edilib


Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən 99 nəfər qarşı əfv tətbiq edilib. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 89 nəfər cəzasının çəkilməmiş hissəsindən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 6 şəxs cəzadan azad edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 1 qadının isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Əfvə düşənlər arasında Nigeriya, Çin, Əfqanıstan, İran, Rusiya və Makedoniya vətəndaşları da var.
Bununla yanaşı, əfv tətbiq edilənlərdən hüquq müdafiəçilərinin siyahısında olan cəmi bir jurnalist var. Bu vərəm xəstəliyinə tutulmuş Müşfiq Hüseynovdur. Beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarının müraciətlərinə baxmayaraq “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid, “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Eynulla Fətullayev və digər siyasi məhbus kimi tanınan şəxslərə əfv tətbiq edilməyib.

XS
SM
MD
LG