Prezident İlham Əliyevin 72 nəfər məhkumu əfv edib. Onların arasında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də var.
Prezident 62 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsi, 7 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən, 1 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış hissəsindən azad edib. Eyni zamanda, 1 nəfər cərimə cəzasına məhkum edilmiş şəxs cəzadan azad edilib, 1 nəfər isə ömürlük həbs cəzasına məhkum edilmiş şəxsin cəzası 20 ilə endirilib.
Hüquq müdafiəçiləri əfvi müsbət qiymətləndirib. Ancaq onlar, ölkədə siyasi məhbus probleminin qaldığını bildirir.