Accessibility links

Azərbaycanda siyasi məhbuslar üzrə işçi qrupu əfv fərmanını gözləyir


Bu gün Siyasi Məhbuslar Üzrə İşçi Qrupunun növbəti üçüncü iclası olub. Qurum ötən ildən fəaliyyət göstərir və məhbus məsələsi ilə bağlı Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti ilə bağlı müzakirələr aparır. Qrupa hökumət rəsmiləri və hüquq müdafiəçiləri daxildir. İşçi Qrupunun üzvü Səidə Qocamanlı bildirib ki, bu günki iclasda həbsxanalarda vəziyyət, jurnalistlərin həbsi ildə bağlı məsələlər müzakirə edilib. Xanım Qocamanlı hesab edir ki, bu ilin sonunadək əfv fərmanı imzalana bilər və bununla bağlı da fikir mübadiləsi aparılıb. Hüquq müdafiəçisi sabiq səhiyyə naziri Əli İnsanov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin səhhəti ilə bağlı məsələ qaldırıldığını da deyib.

XS
SM
MD
LG