Mustafa Cəmil Krımoğlu: Putinə referendumun önəmli olmadığını dedim, o da öz fikrində qaldı [Audio-müsahibə]

Mustafa Cəmil Krımoğlu

Krım tatarlarının lideri Rusiya prezidenti ilə danışıq aparıb. Mustafa Cəmil Krımoğlunun Amerikanın Səsinə müsahibəsi
Krım tatarlarının lideri, Ukrayna Ali Radasının (parlament) deputatı Mustafa Cəmil Krımoğlu Moskvada keçirdiyi görüşlər və Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı barədə Amerikanın Səsinə müsahibə verib.

Your browser doesn’t support HTML5

Mustafa Cəmil Krımoğlu ilə müsahibə


Sual: Moskvada kimlərlə görüşdünüz?

İlk öncə cənab Mintemir Şaymiyevlə görüşdük.
Cavab: İlk öncə cənab Mintemir Şaymiyevlə görüşdük. Çünki o həm türk dünyasında. Həm də Rusiyada çox hörmətli insandır. Çox təcrübəli siyasətçidir. Onunla Krımda, Ukraynada baş verənlər, Ukrayna-Rusiya münasibətləri mövzusunda fikir mübadiləsi apardıq. Öz narahatçılıqlarımızı söylədik. Onun Putinlə çox yaxın münasibətləri olduğu səbəbindən, bizim fikrimizi Putinə çatdırmasını xahiş etdik. O dedi ki, sizi tamamilə əmin edirəm, mən öz vəzifəmi görürəm, Krım tatarlarının mənafelərini qorumaq üçün əlimdən gələnləri edəcəm. Amma Şaymiyev dedi ki, bu böyük siyasətdir. Ukraynanın Rusiyaya münasibətləri, Rusiya əsgərlərinin Ukrayna torpaqlarına yeridilməsi və əsgərlərin oradan çıxarılması ilə bağlı mən Putinlə danışa bilmərəm. Hər halda dedi ki, sizin fikirlərinizi çatdıraram. Dedi ki, istəsəniz mən sizi Putinlə danışdıraram.

Sual: Krım tatarlarının mövqeyi necədir? Martın 16-da keçiriləcək referenduma münasibətiniz necədir?

Mən Putinə öz fikrini, öz versiyalarımı izah etdim. O da mövcud hadisələr barəsində öz fikirlərini söylədi. Əlbəttə bizim fikrilərimiz bir az fərqli idi.
Cavab: Əslində Moskvaya gəlməzdən öncə Şaymiyev Putinlə görüşəcəyimizi öyrəndi və o xahiş etdi ki, əgər siz istəsəniz Putin sizinlə görüşmək istəyir. Mən dedim ki, gəlin bu məsələni Ukrayna hökuməti ilə müzakirə edim, bir fikrə gəlsək görüşmək danışıqların mövzusu ola bilər. Dedim mən Ukrayna baş naziri Yatsenyuk, milli təhlükəsizlik naziri ilə məsələni müzakirə etdik və onlar razılıq verdilər. Şaymiyevlə görüşdükdən sonra Putinlə yarım saatadək telefonla danışdıq. Mən Putinə öz fikrimi, öz versiyalarımı izah etdim. O da mövcud hadisələr barəsində öz fikirlərini söylədi. Əlbəttə bizim fikrilərimiz bir az fərqli idi. Onun problemə yanaşması ilə müqayisədə bizim yanaşmamız fərqlidir. Amma necə də olsa bu Krım yarımadasında, Ukraynada millətlərarası qarşıdurmaların olmaması, qan tökülməməsi üçün nələrin edilməsinin lazımlığı mövzusunda bölgə ilə bağlı ümumi fikrə gəldik.

Sual: Hansı fikrə gəldiniz?

Bildirdi ki, əlbəttə təxribatlar ola bilər. Biz bunun olmaması üçün əlimizdən gələni edəcəyik, amma hər şey təkcə bizə bağlı deyil.
Cavab: O dedi ki, müxtəlif təxribatlar ola bilər, Krım tatarları bu təxribatlara, qarşıdurmalara qatılmasın. Bildirdi ki, əlbəttə bu təxribatlar ola bilər. Biz bunun olmaması üçün əlimizdən gələni edəcəyik, amma hər şey təkcə bizə bağlı deyil. Əlbəttə əgər belə qarşıdurmalar başlasa, onun qarşısının alınması çox çətin olacaq. Mən Putinə dedim ki, bu qarşıdurmaların baş verməməsinin ən yaxşısı yolu rus əsgərlərinin Krımdan çıxarılmasıdır.

Sual: Putin rus əsgərlərinin Krımdan çıxarılacağını dedi, ya yox?

Mən yalnız dedim ki, nə olursa-olsun bizim üçün Ukrayna dövlətinin ərazi bütövlüyü çox önəmlidir.
Cavab: Yox, O onu söyləmədi. Mən yalnız dedim ki, nə olursa-olsun bizim üçün Ukrayna dövlətinin ərazi bütövlüyü çox önəmlidir. Əgər Krım muxtariyyətinin statusunun genişləndirilməsi məsələsi varsa, biz parlamentdə komissiyalar yaradaraq, bu məsələni müzakirə edə bilərik. Amma biz Ukraynanın bir parçasının qoparılaraq başqa ölkəyə keçməsinə qəti şəkildə qarşıyıq. Bunu nə Ukrayna dövləti, nə də beynəlxalq hüquq qəbul etməz, deyə fikrimi ona çatdırdım.

Sual: Yekun qərarınız nə oldu, nə razılığa gəldiniz?

Nəticədə əlaqələrimizi Şaymiyev vasitəsi ilə davam etdirəcəyimiz barədə razılaşdıq.
Cavab: Nəticədə əlaqələrimizi Şaymiyev vasitəsi ilə davam etdirəcəyimiz barədə razılaşdıq. Putin dedi ki, təlimat verəcəm Krım tatarlarının ... (eşidilmir) Amma sonku qərarın Ukraynanın ərazi bütövlüyü və ya ərazi bütövlüyünün olmayacağı, Krımın statusu necə olacaq, Rusiyaya birləşəcək-birləşməyəcək, o dedi biz referendumun nəticəsində qərar verəcəyik. Fəqət mən bu referendumun bizim üçün önəmli olmadığını da ona izah etməyə çalışdım. Fəqət cənab Putin öz fikrində qaldı. Dedi biz referendumun nəticələrinə baxacağıq.

Sual: Referendumdan sonra durumu necə görürsünüz? Həm də Krım tatarları repressiyaya məruz qalıb və onların çoxu hələ Krıma qayıtmayıb? Belə bir vaxtda referendum nə verəcək?

İnsanların necə səs verəcəyi önəmli deyil, artıq qərar veriblər.
Cavab: Referendum bir şey verməyəcək. Çünki referendumun nə olacağını bilirik. İnsanların necə səs verəcəyi önəmli deyil, artıq qərar veriblər. İndi bir məsələ qalıb? Neçə faiz göstərmək. Onun üçün referendum önəmli deyil. Amma rusların siyasəti belədir.