Accessibility links

Obama Putinə: Rusiya hərbi qüvvələrinin Krımda mövcudluğu Ukraynanın suverenliyinin pozulması deməkdir


ABŞ perzidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub. Bir saat sürən söhbət zamanı Ukraynada hadisələri müzakirə edən iki liderin ortaq məxrəcə gələ bilmədiyi deyilir.

Ağ Evin açıqladığı bəyanata əsasən, prezident Obama cənab Putinə Rusiya hərbi qüvvələrinin Krım yarımadasında mövcudluğunun Ukrayanın suverenliyinin pozulması olduğunu deyib.

Kremlin açıqladığı bəyanatda deyilir ki, cənab Putin Ukraynanın Qərbin dəstəklədiyi yeni liderlərinin qeyri-legitim olduğunu və onların ölkənin cənub-şərq bölgələri və Krımla bağlı qeyri-qanunu qərarlar verdiyini bildirib.

Cənab Putinin Rusiya-Amerika münasibətlərinin birinci dərəcəli əhəmiyyətini vurğuladığı, lakin Rusiyanın məsələ ilə əlaqədar yardım çağırışlarını əhəmiyyətsiz qoya bilmədiyini və buna beynəlxalq qanunlar çərçivəsində cavab verdiyini qeyd etdiyini bildirilir.

Ağ Evin açıqladığı bəyanatda cənab Obamanın qarşıdurmanın diplomatik həlli üçün həm Rusiya, həm Ukrayna, həm də beynəlxalq ictimaiyyətin maraqlarının nəzərə alındığı bir neçə təklif irəli sürdüyü deyilir.

ABŞ prezidenti Kiyev və Moskva arasında beynəlxalq ictimaiyyətin vasitəçiliyi ilə birbaşa danışıqlar keçirilməsini təklif edib. Cənab Obama eyni zamanda, Rusiya hərbi qüvvələrinin öz bazalarına qayıtmasını və beynəlxalq müşahidəçilərin ruslar da daxil olmaqla, bütün ukraynalıların təhlükəsizliyinin təmin edilməsinə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG